AZAL və Azərbaycan ifaçıları: Biz birlikdə qalib gələcəyik! VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı COVID-19 pandemiyası zamanı karantinə riayət olunmasının vacibliyini bir daha vurğulayır. Ölkədə koronavirusun yayılması ilə mübarizəyə yönəldilmiş kampaniya çərçivəsində AZAL Azərbaycanın məşhur ifaçılarının iştirakı ilə videoçarx hazırlayıb.
Bu barədə AZƏRTAC-a AZAL-dan bildirilib.