SİYASƏT


Tural Gəncəliyev: Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk VİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC

1988-ci ilin sentyabrında ermənilər tərəfindən Xankəndidə törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Ermənistanın təcavüz siyasətinin sona çatmasına az qaldığını bildirən T.Gəncəliyev qeyd edib : “Bu işğal, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları duruş gətirə bilməyəcək. Haqq, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Azərbaycanın ali rəhbərliyi və şanlı ordusu tezliklə qızıl hərflərlə yeni tarix yazacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.