Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.
Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağ atıcı alayının tərkibindədir.