Xarici diplomatlar Xudafərin körpüsündə FOTO VİDEO
Cəbrayıl, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunda İranla sərhəddə yerləşən Xudafərin körpüsündə olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomatik korpus nümayəndələri, əvvəlcə Cəbrayılda qəbiristanlığa və ermənilər tərəfindən dağıdılmış digər ərazilərə baxıblar.
Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət edirlər.