Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib VİDEO

Naxçıvan, 9 oktyabr, AZƏRTAC

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıb, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar.

Təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib. Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsi, yaradılmış birgə qərargahlarda əməliyyatların planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, bölmələrlə qərargahlar arasında qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə suallar işlənilib.

Planla tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən xüsusi təyinatlı həmlə qrupları düşmən müdafiəsinin ön xəttindəki hakim yüksəklikləri ələ keçirir.

Hücumun dərinliyə inkişaf etdirilməsi və düşmən ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə paraşütlə hava desantı atılır.

Mövqelərini gücləndirmək üçün hərəkətdə olan şərti düşmənin ehtiyat bölməsi həmlə qrupumuz tərəfindən pusquya salınır və düşmənə məxsus zirehli transportyorlar bölmələrimiz tərəfindən qənimət kimi götürülərək əməliyyat rayonundan çıxarılır.

Hücum edən qoşunlarla birgə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələri dövlət sərhədində düşmənin diversiya-kəşfiyyat qruplarının dağıtdığı əraziləri bağlayır, azad olunmuş ərazilərdə dövlət sərhədinin müdafiə və mühafizəsini təmin edir.

Naxçıvan Qarnizonu Qoşunlarının və Türkiyə Silahlı Qüvvələrinin komando birliklərinin tərkibində fəaliyyət göstərən snayper qrupları düşmən müdafiəsinin ön xəttində və yaxın dərinliyində tək hədəfləri aşkarlayaraq məhv edir.

Hakim yüksəklikdə yerləşən düşmənin dairəvi müdafiə qovşaqlarının ələ keçirilməsi üçün xüsusi həmlə qrupları düşməni məhv edir, qənimət kimi əldə edilmiş tank əleyhinə dəzgahlı qumbaraatanların və hava hücumundan müdafiə vasitələrinin atəşləri ilə digər mövqedə yerləşən düşmən bölmələrini zərərsizləşdirir və ən aşağı hündürlükdə uçan düşmən aviasiyasının hücumlarını dəf edir.

Hücum edən qoşunların irəliləməsini təmin etmək üçün Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya bölmələri tərəfindən düşmənin müdafiə dərinliyindəki ehtiyatlarına, dağ silsilələrində yerləşən taqım və bölük dayaq məntəqələrinə zərbələr endirilir.

Tank və piyadanın döyüş maşınlarından ibarət taktiki qruplar raket və artilleriya bölmələrinin atəş basqınından yararlanaraq dağlıq şəraitdə düşmənin ön xəttindəki atəş vasitələrini məhv edir, hücum edən bölmələrimiz irəlilədikcə yeni atəş mövqelərinə yerdəyişməni həyata keçirir.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi hazırlıqlı heyətlərindən və Türkiyə Silahlı Qüvvələrinin komando birliklərinin tərkibindən ibarət hücum qrupu zirehli transportyorların atəş dəstəyi ilə yaşayış məntəqəsinin düşməndən təmizlənməsi fəaliyyətlərini yerinə yetirir.

Yaşayış məntəqəsində döyüşlər zamanı yaralılara ilk tibbi yardım göstərilərək helikopter vasitəsilə təxliyə edilir və eyni zamanda, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının xilasedici alpinistlərindən ibarət təxliyə qrupları dağlıq ərazidən yaralıların təxliyəsini həyata keçirir. Yaralıların təxliyəsini həyata keçirən helikopterin mühafizəsini təşkil edən digər iki helikopter düşmənin dağ silsilələrində yerləşən bölük dayaq məntəqələrinə atəş zərbələri endirir.

Döyüşün müsbət dinamikasından yararlanan xüsusi təyinatlı qruplar yüksək dağlıq və sərt qayalıq ərazilərdə düşmən müdafiəsinin yaxın dərinliyində yerləşən mövqeləri, dağ silsiləsi boyunca hakim yüksəklikləri ələ keçirir və taktiki qrupların hücumunun inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Bölmələrimizin hücumunu dəstəkləmək üçün düşmənin yaxınlaşmaqda olan ehtiyatlarına və dərinlikdəki hədəflərinə döyüş təyyarələri ilə ən aşağı hündürlükdə zərbələr endirilir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələri dövlət sərhədi boyu hakim yüksəklikləri düşmən bölmələrindən azad edir, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar tərəfindən mağaralarda gizlənən düşmən qrupları aşkar edilərək zərərsizləşdirilir.

Azad olunmuş ərazilərdə qoşunların hərtərəfli təminatını həyata keçirmək üçün pirotexniki taqım hərəkət yollarında keçidlərin açılmasını, partlamamış sursatların axtarışını və zərərsizləşdirilməsini yerinə yetirir, yanğından mühafizə taqımı azad edilmiş yaşayış məntəqəsində yanğınların lokallaşdırılması və söndürülməsi fəaliyyətini icra edir.

Düşmənin darmadağın edilməsinin başa çatdırılması və hücum edən qoşunların dəstəklənməsi məqsədi ilə əraziyə taktiki hava desantı endirilir, ələ keçirilmiş dağ aşırımının ən yüksək zirvəsindən Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları asılır.

Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilir.

Təlimdən sonra şəxsi heyətlə görüş olub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikasının 3-cü Ordu komandanı, general-polkovnik Yavuz Türkgənci şəxsi heyəti salamlayıblar.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev birgə təlimin döyüş atışlı mərhələsinin uğurla başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrikini şəxsi heyətə çatdırıb.

General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Hər iki ölkənin silahlı qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birinə dəstək verməkdir. 2013-cü ildən Naxçıvandan başlayaraq davam edən və bu gün izlədiyimiz birgə taktiki təlimlər hərbi sahədə genişmiqyaslı əməkdaşlığımızın bariz nümunəsidir. Bu gün keçirilən birgə təlimdə də dünyada bənzəri olmayan qardaşlıq münasibətlərinə malik olan hər iki dövlətin ordularının şəxsi heyəti yüksək peşəkarlıq, döyüş əzmi və sarsılmaz qardaşlıq nümayiş etdirdi.

Türkiyə Respublikasının 3-cü Ordu komandanı, general-polkovnik Yavuz Türkgənci 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə hərbçilərimizi təbrik edərək birgə təlimlərin Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildiyini qeyd edib. Təlim zamanı tapşırıqların yüksək peşəkarlıqla icrası nəticəsində hədəflərin sərrast atəşlə məhv edildiyini deyən Türkiyə Respublikasının 3-cü Ordu komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib.

Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb və şəxsi heyətlə xatirə şəkli çəkdirilib.

Sonda şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

 

“Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH