Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Taro Savada: Qarabağda bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq VİDEO

Tokio, 14 dekabr, AZƏRTAC

Yaponiyanın “TET International Development Co.Ltd.” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr, yapon investorların ölkəmizdə aparılan quruculuq işlərinə yönəltdiyi sərmayələr barədə müntəzəm şəkildə məlumatlar verilir.

AZƏRTAC xəbər verir ki, şirkətin təsisçisi və prezidenti Taro Savada Azərbaycana növbəti səfərindən sonra agentliyin Yaponiyadakı xüsusi müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə təqdim edirik.

- Taro Savada, bildiyimiz kimi, bu yaxınlarda Azərbaycana səfərdən qayıtmısınız. Həmin səfərdə sizinlə birlikdə çoxsaylı yapon investorlar da iştirak ediblər. Səfərin məqsədi, səfər vaxtı keçirilən tədbirlər barədə məlumat verməyinizi xahiş edirəm.

- Əvvəlcə icazə verin AZƏRTAC-ın rəhbərliyinə və Yaponiyadakı bürosuna bizim şirkətin fəaliyyətinə göstərdiyi diqqətə görə xüsusi minnətdarlığımı bildirim. Qeyd edim ki, doğma məskənə çevrilən Azərbaycanda həyata keçirdiyimiz layihələr barədə oxuculara operativ şəkildə verdiyiniz məlumatlar bizi daha əzmlə çalışmağa ruhlandırır.

Son səfər barədə isə deyə bilərəm ki, oktyabrda həyata keçirilən həmin səfərdə mənimlə birlikdə Azərbaycana 32 nəfər yapon investor da getmişdi. Səfərin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı sahəsinə dair, xüsusən də şirkətimiz tərəfindən həyata keçirilən tütünçülüyün inkişafı layihəsi ilə bağlı görülən işlərlə yerində tanış olmaq idi.

Səfər iştirakçıları şirkətimizin biznes tərəfdaşı olan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə Bakıda təşkil edilən “Yaponiya – Azərbaycan İnvestisiya Forumu”na da qatıldılar. Forumda Azərbaycanda həyata keçirilən müxtəlif investisiya layihələri və hökumətin xarici şirkətlərə göstərdiyi dəstək, onlara yaradılan əlverişli şərait haqqında ətraflı məlumat verildi. Foruma müxtəlif təbəqələrin nümayəndələrinin qatılması onun həm maraqlı olmasına, həm də cəmiyyətin bütün nümayəndələri ilə ünsiyyət qurmağımıza imkan yaratmışdı. Yeri gəlmişkən qeyd edim ki, bizim şirkətlə ASK arasında imzalanmış razılaşma Yaponiya şirkətinin Azərbaycana investisiya qoymasına hərtərəfli şərait yaradır.

- Bəs Azərbaycan sizi hansı cəhətləri ilə özünə cəlb edib? Qəlbinizdə daşıdığınız bu sevginin səbəbini izah edə bilərsinizmi?

- Doğrusunu deyim ki, mənim üçün Azərbaycan həyatın özüdür. Azərbaycanla bağlı hər şey məni özünə cəlb edir. Konkret olaraq Azərbaycan Prezidentinin müdrik rəhbərliyi, cəsarətli addımları, sarsılmaz iradəsi və Azərbaycan xalqının vətənpərvərliyi, insanların başqaları üçün yaşamaq bacarığı məni sizin ölkənizdə fəaliyyətə başlamağa həvəsləndirib. Digər tərəfdən xalqınızın əcnəbilərə qarşı nümayiş etdirdiyi qonaqpərvərlik, yüksək mədəniyyət Azərbaycana gələn hər kəsdə bu ölkəyə böyük məhəbbət yaradır. Yaponiyadakı “Omotenaşi” (qonaqpərvərlik) mədəniyyəti kimi. Biznes sahəsinə gəlincə isə fermerlərin işə vicdanlı münasibəti, davamlı olaraq inkişaf edən iqtisadiyyat bizi bu ölkəyə cəlb edib. Bir məsələni də qeyd edim, sizin çox gözəl və insanı valeh edən musiqi mədəniyyətiniz, onun zənginliyi məni özünə valeh edib.

- Siz ilkin olaraq Azərbaycan məhsullarının Yaponiya bazarına çıxarılması istiqamətində addımlar atdınız. Həmin işlər hazırda hansı səviyyədədir? Sizin fikrinizcə, Azərbaycan məhsulları hansı üstün cəhətləri ilə Yaponiya bazarında özünə yer tuta bilər?

- Məlumat üçün bildirim ki, mən 2017-ci ildə Yaponiya məhsullarının Azərbaycana ixracı istiqamətində işə başlamışam. Lakin təəssüf ki, Azərbaycanın bunu qəbul etməsi üçün heç bir əsas olmadı. Bizim kifayət qədər insan resursumuz, əmtəəmiz, vəsaitimiz, konkret məqsəd və strategiyamız yox idi. Etiraf edim ki, 2017-ci ilə qədər Azərbaycanı tanımırdım.

Sonra mən Azərbaycanı və onun kənd təsərrüfatı sahəsini, bu sektorun gələcək potensialını öyrənərək yenidən işə girişdim. 2017-ci ilin avqustunda Prezident İlham Əliyev növbəti yeddi ildə tütün sahəsinin inkişafına dəstək veriləcəyini bildirdi. Mən bu istiqamətdə araşdırmalar apardım və işə başladım. Bu gün artıq bizim şirkətin baş ofisi Bakıda yerləşir. Biz Oğuz, Tovuz, Zaqatala və Şəki rayonlarında tütünqurutma zavodları inşa etmişik. Bu zavodlarda 1800-ə yaxın kənd təsərrüfatı işçisi işlə təmin olunub. Layihəyə start veriləndən cəmi üç il keçməsinə baxmayaraq, biz artıq Azərbaycanda lazımi təməli qoymuşuq. Azərbaycanın keyfiyyətli və orqanik kənd təsərrüfatı məhsullarını tanıtmaq üçün bu məhsulları Yaponiya bazarına çıxarmağa başlamışıq. Buraya qara çay, mürəbbə, şərab, araq, quru meyvələr və fındıq daxildir. Məhsulların çeşidini tədricən artırmaq istiqamətində işləri davam etdiririk. Çalışırıq ki, yaponlar Azərbaycanla birbaşa tanış ola bilsinlər. Dünyada tüğyan edən COVID-19-a görə cədvəldən geri qalsaq da, Tokioda Azərbaycan restoranı və flaqman mağazası açmağı planlaşdırırıq. Ümid edirəm ki, tezliklə bu arzumu həyata keçirəcəyəm.

Yaponiya bazarının üstünlüyü ondadır ki, onun maliyyə dəyəri ÜDM-ə görə Azərbaycandan təxminən 8 dəfə yüksəkdir. Bu bütün ixrac xərclərini ödəyir. Əminəm ki, Azərbaycanın yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları Yaponiya bazarında özünə yer edəcək.

- Növbəti addım olaraq, yaponiyalı investorları Azərbaycana sərmayə yatırmağa həvəsləndirə bilmisiniz. Bəs bu istiqamətdə işlər hazırda hansı səviyyədədir? Azərbaycana son səfər zamanı yeni investisiya layihələri ilə əlaqədar müqavilələr imzalanıbmı?

- İlk növbədə investorlar kənd təsərrüfatı sektoruna diqqət ayırmağa razılaşıblar. Bu işdə şirkətimiz əlaqələndirmə rolunu oynayacaq. Kənd təsərrüfatı məhsullarının emal texnologiyası və keyfiyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirmə işlərini də həyata keçirəcəyik. Hazırda biz ASK ilə müxtəlif investisiya layihələrini təhlil edirik.

- Siz, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi məqsədilə ötən il baş vermiş Vətən müharibəsi vaxtı da xalqımızın yanında oldunuz, daim dəstəyinizi nümayiş etdirdiniz. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə mən də çox sevindim. Həmin vaxtı günahsız, zərər görən insanlara hər hansı formada kömək etmək istəyirdim. Yaponların başqasına təmənnasız yardım göstərmək kimi milli xarakteri var. Azərbaycanda biznes quran bir iş adamı olaraq ədalətsizliklə qarşılaşan tərəfə yardım göstərilməsini özümə borc bildim. Döyüşlər davam edən zaman mən Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə yaradıb Azərbaycan Silahlı Qüvvələri Fonduna vəsait göndərdim. Həmçinin müharibədən əziyyət çəkən mülki şəxslərə yardım məqsədilə Heydər Əliyev Fonduna da ianə etdim. Bizim iş qurduğumuz Tovuz rayonunun yaxınlığında yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən raket zərbələrinin endirilməsi, nəticədə günahsız insanların həyatını itirməsi məni çox kədərləndirdi. Şirkətin hesabına aldığımız ilkin tələbat məhsullarının Gəncə şəhərinə göndərilməsini təşkil etdik.

Əlbəttə ki, bizim şirkətin davamlı inkişaf məqsədləri də var. Söz veririk ki, fabrikimiz müharibədə zərər çəkənləri, onların ailə üzvlərini işə götürməyə davam edəcək.

- Azərbaycanla, həmçinin Yaponiyada yaşayan azərbaycanlılarla qarşıda planlaşdırdığınız yeni layihələr varmı? Bununla bağlı nə deyə bilərsiniz?

- 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd ediləcək. Bu həm də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasının növbəti ildönümü olacaq. Düşünürəm ki, bu yubiley iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək.

Bu münasibətlə mən Bakı şəhərinin İcra hakimiyyətinə paytaxtda böyük “Yapon bağı”nın salınması planını təklif etmişəm. Həmçinin Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə də iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün birgə layihələr üzərində çalışırıq. Gələn il tanınmış iki azərbaycanlı rəssamın əsərlərini Tokioda təşkil ediləcək sərgidə nümayiş etdirmək planımız var. Düşünürük ki, bu, Azərbaycanı, onun zəngin mədəniyyətini yapon xalqına tanıtmaq üçün əla fürsət olacaq.

Bununla yanaşı, Azərbaycanda iqtisadi layihələrimizi də davam etdirməyi, xüsusən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq. Bu məqsədlə Azərbaycanın müvafiq hökumət qurumları ilə müzakirələr aparılır.

Yekun olaraq qeyd edim ki, mən Azərbaycanı çox sevirəm. Qədim tarixə, zəngin mədəniyyətə və qonaqpərvər insanlara malik olan bu gözəl ölkənin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

-Maraqlı müsahibə üçün çox sağ olun.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Taro Savada: Qarabağda bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Ədəbiyyat İnstitutunda gürcü alimlərlə görüş

Peşə təhsili müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün növbəti praktiki seminar keçirilib

Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub

Bu il Qafqazşünaslıq İnstitutu əməkdaşlarının 62 məqaləsi xarici mətbuatda işıqlandırılıb

Koreya Milli Assambleyasının üzvü: Azərbaycanla münasibətlərimizin inkişafı üçün böyük potensial mövcuddur

BDU-da tədbir: “Heydər Əliyev ideyaları - Yeni Azərbaycanın dövlətçilik irsi”

Xarici investor Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat investisiya qoyub

Finlandiyada həmkarlar ittifaqları hökuməti tətillə hədələyir

Məhkum Dilək Şaban qızının arzusu reallaşdı

Azərbaycanın müəllifi olduğu reallıqlar beynəlxalq səviyyədə dəyərləndirilir ŞƏRH

Nicat Abbaslı: Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1,8 milyondan çox turist gəlib

Naxçıvan və Ankara arasında səhiyyə sahəsində mübadilə proqramı başlayacaq

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilir YENİLƏNİB

BMU-da “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edəcək

Ədliyyə naziri Şabranda vətəndaşlarla görüşüb

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib

UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Opera və Balet Teatrının gənc solisti ilk dəfə Məcnun rolunda

Prokurorluq işçiləri “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimə 84 dinləyici cəlb edilib

Brüssel Pekindən Avropa biznesinin Çin bazarına çıxışını sadələşdirəcəyini gözləyir

MTK mülkiyyətçilərdən çoxmənzilli binalarda sayğacların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?

40 region, 60 fermer, 80-ə yaxın müxtəlif çeşiddə məhsul – həftəsonu yarmarkası

Qahirədə "Heydər Əliyevin düşüncələrində ərəb və İslam aləmi" adlı kitabın təqdimat mərasimi olub

Üçtərəfli formatda hərbi əməkdaşlıq regionda sülhə və sabitliyə böyük töhfədir – ŞƏRH

İtaliya telekanalı Qərbi azərbaycanlılarla bağlı videosüjet hazırlayıb VİDEO

Aygün Əliyeva: Əminəm ki, forum ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edəcək

Qaranlığı nura boyayan elm fədaisi

Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Azərbaycanın Baş naziri Böyük Britaniyanın Dövlət katibinin müavini ilə görüşüb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri KİV-ə birgə açıqlama veriblər

Qran-Pridə uğurla çıxış etmiş paracüdoçular Vətənə qayıdıblar

Bosniya və Herseqovinada Ulu Öndər Heydər Əliyev haqqında kitab çapdan çıxıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəlib

Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb

İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib

ARDNF-nin AÇG-dən əldə etdiyi gəlir açıqlanıb

Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib YENİLƏNİB VİDEO

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı

Avtomobilin seriyasını dəyişərək elektron cərimələrdən yayınmağa çalışan sürücü məsuliyyətə cəlb edilib

Bakı aeroportunun sərnişin dövriyyəsi 5,3 milyonu ötüb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU növbəti dəfə beynəlxalq reytinq siyahısında yer alıb

Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Dövlət Neft Fondunun “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər 1,3 milyard dolları ötüb

Bakıdakı Rus evində Beynəlxalq Könüllülər Günü qeyd olunub

Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Könüllülük Həftəsi çərçivəsində gənclər arasında “100 könüllü əməl” adlı kampaniya keçirilir

Tofiq Məliklinin “Türkbilimi yazılarımdan seçmələr” kitabının təqdimatı olub

Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər

Türkiyə ilə Azərbaycan arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlar müzakirə olunub

Salyanda maarifləndirici tədbir: “Biz sağlam həyat tərzi seçirik, narkomaniyaya yox deyirik”

“Gəncə” voleybol klubunun baş məşqçisi: Mükafatçılar sırasında olmaq istəyirik

ABŞ və Ukrayna müdafiə nazirləri 2024-cü ilin əməliyyatları planını müzakirə ediblər

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işini Ağdamda davam etdirir

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin sədri Şəmkirdə vətəndaşlarla görüşəcək

Hərbi Prokurorluqda tədbir: Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçiriləcək

Türkiyənin təhlükəsizlik qüvvələri bu il 2 mindən çox terrorçunu zərərsizləşdirib

Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş nazirinin görüşü olub

Azərbaycan müəllimlərinin XVI qurultayında müzakirə ediləcək mövzular açıqlanıb

Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb

“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq

“Masdar” metanoldan hazırlanan aviasiya yanacağının sınağını keçirib

Şahin Mustafayev “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb

Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır

“Taksi sürücüsü”nü tamaşaçılara sevdirən kinorejissor - Şneyder

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib

İşğaldan azad edilmiş bölgələrdə şəhər və kəndlərin sakinləri üçün peşə hazırlığı kurslarına başlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Niderlandlı yazıçı Qarabağ haqqında kitab yazır

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADMİU-nun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi İqtisadiyyat İnstitutunda çıxış edib

Kimyaçı alimlər Ermənistanla sərhəd çaylarının suyunun ekstraksiya-fotometrik təyini üsulunu işləyib-hazırlayıblar

Ağcabədidə dönərxanada qaz sızması nəticəsində partlayış baş verib

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm

Səfir: Azərbaycanda dinlər arasındakı münasibətləri İndoneziyada tətbiq etmək çox vacibdir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində keçirilən Foruma rəsmi tərəfdaşlıq edib

Şuşada baş verən mina hadisəsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

® Onurğa əyriliyi düzəlir? Müalicəsi effektlidir?

Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib

Qərbi Azərbaycan İcmasında Nihongo Asiya Akademiyasının direktoru ilə görüş olub

Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Pekində 24-cü Çin-Avropa İttifaqı sammiti keçirilir

Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək VİDEO

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Rusiyada keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransı