Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada dəyirmi masa: Şuşa Bəyannaməsi XXI əsrin beynəlxalq əhəmiyyətli tarixi qalibiyyət sənədidir VİDEO

Ankara, 23 dekabr, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosu 2021-ci ilin yekunları ilə əlaqədar görkəmli ictimai-siyasi xadimlərinin, tanınmış alimlərin fikir və düşüncələrini geniş ictimaiyyətə çatdırmaq üçün Ankarada dəyirmi masa təşkil edib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) ev sahibliyi, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən dəyirmi masada rəsmi şəxslər, hazırkı və sabiq deputatlar, diplomatlar, sabiq səfirlər, media təmsilçiləri iştirak ediblər.

Dəyirmi masa ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi yolunda mübarizədə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın sədrliyi ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın, ehtiyatda olan türkiyəli general Yücel Karauz, Türkiyə Dünyası Parlamentlər Birliyinin sədri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Nail Çələbi, Türk-Yapon Fondunun rəhbəri, professor Nejat Bora Sayan və tanınmış tarzən Abdulla Qurbani AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının suallarını cavablandırıblar.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək diqqətə çatdırıb ki, başa çatan 2021-ci ildə həqiqətlərin geniş ictimaiyyətə daha dolğun çatdırılmasında media böyük rol oynayıb. Bu dəyirmi masada iştirak edən şəxslər Azərbaycan və Türkiyənin gündəlik həyatına dair mühüm məsələləri fərdi qaydada davamlı olaraq təhlil ediblər. Onların dəyirmi masa ətrafında prosesləri birlikdə təhlil etməsi mühüm yanaşmadır.

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri vurğulayıb ki, prosesləri birlikdə təhlil etməkdə məqsəd Azərbaycan-Türkiyə münasibətləri, eləcə də 2021-ci ildə siyasi, diplomatik, diaspor, hərbi, iqtisadi, təhsil, mədəniyyət sahələrində qazanılmış uğurları, qarşıda duran vəzifələri müqayisəli şəkildə diqqətə çatdırmaqdır.

Jurnalistin Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti ilə bağlı sualını şərh edən professor Aygün Attar deyib ki, Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiqləndi. Şuşa Bəyannaməsi Azərbaycanın rəşadətlə başa çatdırdığı 44 günlük Vətən müharibəsinin yaratdığı yeni geosiyasi vəziyyətin qorunmasının zəmanətçisinə çevrilib. Hazırda həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib. “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin müddəalarını müfəssəl təhlil edən professor deyib: “Bu sənəd bütün parametrlərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq hərbi Qələbənin təsdiqidir”.

Türkiyə-Azərbaycan münasibətlərinin dinamik inkişafında parlamentlərarası əlaqələrin tarixi əhəmiyyətini yüksək dəyərləndirən TBMM-in deputatı Şamil Ayrım Vətən müharibəsi günlərində ölkəsinin sərgilədiyi qətiyyətli mövqeyi xatırladaraq, Türkiyə rəsmilərinin Azərbaycana səfərlərini qardaşlıq nümunəsi kimi səciyyələndirib. Şamil Ayrım əminliklə bildirib ki, Türkiyə və Azərbaycan parlamentarilərinin ikitərəfli və beynəlxalq təşkilatlardakı əməkdaşlığı nümunəvi məcrada dinamik inkişaf edir. Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə əbədiyyətə qədər qorunacaq. Türkiyə parlamenti bundan sonra da bütün məsələlərdə Azərbaycanın yanında olacaq.

Vətən müharibəsindən sonra bölgədə davamlı sülhün təmin olunması üçün aparılan siyasi və diplomatik danışıqları yüksək dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib: “Prezident İlham Əliyev qüdrətli Ordunun və xalqının dəstəyinə güvənərək əzəmətli hərbi Qələbə qazanıb. Bu Zəfər bütün diplomatik danışıqlarda və siyasi müzakirələrdə Azərbaycana güc verir. Ermənistanla münasibətlərin normallaşması üçün istər Moskvada, istərsə də Brüsseldə keçirilən görüşlərdə Azərbaycan öz şərtlərini qətiyyətlə diktə edib”.

AZƏRTAC-la əməkdaşlığın real nəticələrini yüksək dəyərləndirən səfir Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabını misal göstərərək diqqətə çatdırıb ki, bu nəşr qarşılıqlı səmərəli münasibətlərin real nəticəsidir.

Qazanılan hərbi Zəfərin qorunmasında, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunmasında Azərbaycan Ordusunun yeri və rolu mövzusunda jurnalisti maraqlandıran sualları cavablandıran general Yücel Karauz vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentliyi dövründə Azərbaycan Ordusunun inkişafına bir nömrəli məsələ kimi yanaşıb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Vətən müharibəsində tətbiq olunan hərbi taktikaların dünyanın aparıcı hərbi akademiyalarında təhlil edilməsi, öyrənilməsi və bu sirlərin mənimsənilməsinə göstərilən cəhdlər onu göstərir ki, Azərbaycanın dövlət başçısı dünya hərb tarixinə ən müasir yeniliklər gətirib”.

Tədbirdə, eyni zamanda, Ermənistanla əlaqələrin normallaşması prosesində real vəziyyət təhlil olunub. Hazırda bütün dünya mətbuatında, eləcə də beynəlxalq təşkilatlarda ən aktual müzakirə mövzuları sırasına daxil olan Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə parlamentinin sabiq deputatı Nail Çələbi əminliklə vurğulayıb ki, adıçəkilən dəhlizin faydalı cəhətlərini saymaqla bitməz. Zəngəzur dəhlizi türk dünyasının mədəni inteqrasiyasında, eləcə də millətlər və dinlər arasında əlaqələrin inkişafında əvəzsiz gücə malik beynəlxalq layihədir. N.Çələbi, həmçinin deyib: “Azərbaycan və Türkiyə başda olmaqla, türk xalqlarının mədəniyyətlərinin tanıtdırılması nə qədər vacibdirsə, qarşılıqlı olaraq mədəniyyətlərimizi tanımaq da o qədər vacib və əhəmiyyətlidir”.

Azərbaycanın qazandığı Zəfərin, türk dünyasının birliyinin “Gündoğan ölkə”dən necə göründüyü barədə sualı cavablandıran Türk-Yapon Fondunun rəhbəri, professor Nejat Bora Sayan diqqətə çatdırıb ki, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxarətlə qarşıladığı böyük Qələbə, dövlət sərhədlərimizin bərpası 44 günlük savaşın nəticəsi olmaqla yanaşı, uzunmüddətli inkişaf strategiyasının, xalq-dövlət birliyinin bəhrəsidir. “Azərbaycanın böyük Zəfəri bizi istəməyənləri narahat etsə də, sülhə və inkişafa töhfə verən türk dünyasının dostları da artmaqdadır”, - deyə Nejat Bora Sayan vurğulayıb.

Vətənimizə, Azərbaycan-Türkiyə qardaşlığına sevgisini tarın dili ilə çatdırdığını vurğulayan tanınmış tarzən Abdulla Qurbani vurğulayıb ki, Qarabağ Zəfərinə qədər olan işğal hər zaman onu səhnədə sıxıb. Lakin indi o, qalib xalqın, qalib ölkənin vətəndaşı olaraq musiqisevərlərin qarşısında alnıaçıq dayanır.

Çıxışlarda diqqətə çatdırılıb ki, 100 ildən artıq zaman kəsiyində Azərbaycan xalqını dövlətçilik arzularından çəkindirmək üçün xalqımıza qarşı ağır cinayətlər törədilib. Buna görə də 44 günlük Vətən müharibəsi sayəsində aradan qaldırılan məlum problem milli və dini zəmində mövcud olan keçmiş münaqişə kimi sayıla bilməz. Həmin münaqişə təcavüzkar Ermənistan dövlətinin Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə yaranıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu mənfur işğala son qoymaqla 100 ilik problemə son qoyub.

Sual-cavab sessiyasından sonra dəyirmi masa müzakirələrlə davam edib. Çıxışlarda vurğulanıb ki, 2020-ci il böyük Zəfərin qazanıldığı il kimi tarixə düşdüyü kimi, 2021-ci il də Azərbaycan-Türkiyə müttəfiqliyi, Azərbaycanın hərbi rəşadətinin qorunması üçün mühüm siyasi və diplomatik uğurların əldə olunduğu il kimi türk xalqlarının yaddaşında əbədi qalacaq. Çıxış edənlər Şuşa Bəyannaməsini XXI əsrin beynəlxalq əhəmiyyətli tarixi qalibiyyət sənədi kimi səciyyələndiriblər.

Sonra professor Aygün Attar Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Azərbaycan Prezidentinə ünvanlandığı yubiley təbriki məktubunu oxuyub.

Dövlətimizin başçısı ilə şəxsən tanış olanlar onunla xoş xatirələrini bölüşüblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezidentliyi dövründə işğal altındakı torpaqların azad edilməsini hər zaman başlıca vəzifə kimi qarşıya qoyub və bu Qələbəyə inamı həmişə böyük olub.

Natiqlər bu şərəfli günləri, uğurlu anları bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Türk Dünyasının Ali Ordeninə layiq görülmüş Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən xoş arzularını, səmimi təbriklərini çatdırıblar. Böyük Zəfərə, qələbənin qorunması üçün həyata keçirilən siyasi diplomatik uğurlara, müasir ordu qurduğuna görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Səfir Rəşad Məmmədov vurğulayıb ki, böyük Zəfərin qazanılması, Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqlik səviyyəsinə yüksəlməsi, iki qardaş ölkənin dinamik inkişafı ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına və müəyyən etdiyi inkişaf strategiyasına bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, liderlərimizin birgə qəbul etdikləri qətiyyətli siyasi qərarlar Qələbənin və qüdrətlənməyin əsasını təşkil edir. Səfir bildirib ki, Azərbaycan və Türkiyənin liderliyi ilə hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də perspektivdə olan digər layihələr Ulu Öndərimizin müəyyən etdiyi strategiyanın nəticələri olaraq böyük bir coğrafiyada iqtisadi yüksəlişi təmin edir.

Çıxışlarda diqqətə çatdırılıb ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!” şüarları bu gün həyat reallığına çevrilib.

Dəyirmi masada 2022-ci ildə milli və dövlətçilik məsələləri üçün xüsusi əhəmiyyət daşıyan mühüm informasiyaların ənənəvi media ilə geniş ictimaiyyətə daha təsirli formada çatdırılması üçün səmərəli fikir mübadiləsi aparılıb, bəzi təkliflərin nəzərə alınmasının vacibliyi qeyd olunub.

Müzakirələrdən sonra tanınmış tarzən Abdulla Qurbaninin ifa etdiyi zəfər musiqiləri hərarətli alqışlarla qarşılanıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ankarada dəyirmi masa: Şuşa Bəyannaməsi XXI əsrin beynəlxalq əhəmiyyətli tarixi qalibiyyət sənədidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib