Türkiyəli dosent: 20 Yanvar hadisəsini o zaman Türkiyədə böyük narahatlıqla qarşıladıq VİDEO
Samsun, 20 yanvar, AZƏRTAC
1990-cı ildə Bakıda törədilən qətliamı o zaman Türkiyədə böyük narahatlıqla qarşıladıq. Azərbaycanlı qəhrəmanların şücaəti Çanaqalada, Anadolunun qurtuluş savaşlarında yaşananları xatırladır. Biz əbədiyyətə qədər “Bir millət, iki dövlət” olaraq eyni ruhla azadlığımıza bağlıyıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Samsun 19 May Universitetinin (Ondokuz Mayıs Üniversitesi) dosenti Said Kurşunoğlu deyib.
O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən qətliamı sovet ordusunun bəşəri cinayəti kimi xarakterizə edib.
Said Kurşunoğlu deyib ki, Türk Dövlətləri Təşkilatları sürətlə möhkəmlənəcək və bir daha türk dövlətlərində belə acılar yaşanmayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Samsun