1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2020-ci il sentyabrın 25-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər:
-Tibbi sosial ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
-Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS N086);
-Abituriyentin elektron ərizəsi.
Müsabiqədə qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]