2004-CÜ İLDƏ DÜNYADA 56 JURNALİST HƏLAK OLMUŞDUR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, bu kədərləndirici rəqəm Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin yanvarın 3-də yayılmış məlumatında açıqlanmışdır. Sənəddə deyilir ki, 2004-cü il jurnalistlər üçün tarixdə ən ağır il olmuşdur.
Kütləvi informasiya vasitələrinin həlak olmuş 56 əməkdaşından 36-sı qətlə yetirilmişdir. 1992-ci ildən bu faciəli statistika ilə məşğul olan Komitənin məruzəsində deyilir ki, qatillər, bir qayda olaraq, cəzasız qalmışlar. Jurnalistlər daha çox İraqda və Filippində öz vəzifə borclarını yerinə yetirərkən təhlükə ilə üzləşmişlər. Jurnalistlərin daha çox qətlə yetirildiyi ölkə İraqdır.
Komitənin icraçı direktoru Enn Kuper öz məruzəsində yazır: “2004-cü ildə bu qədər həmkarımızın qətlə yetirilməsi bizi, əlbəttə, kədərləndirir, lakin biabırçılıq bundadır ki, qatillər hələ də azadlıqdadırlar. Müvafiq ölkələrin hökumətləri bu cinayətlərdə əli olan şəxsləri axtarıb tapmalı və cəzalandırmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]