2008-Cİ İL AVROPA ÇEMPİONATININ İLK MİLLİ SPONSORU MALİYYƏ ŞİRKƏTİ OLMUŞDUR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın iri maliyyə şirkətlərindən olan İsveçrənin “UBS AG” şirkəti Avstriya və İsveçrə ərazisində keçiriləcək 2008-ci il Avropa futbol çempionatının ilk milli sponsoru olmuşdur. UEFA-nın məlumatına görə, “UBS” razılaşma çərçivəsində İsveçrə ərazisində çempionatın rəmzləri ilə marketinq proqramlarının hazırlanması hüququnu almışdır. Şirkətə müəyyən sayda bilet və korporativ lojalar da veriləcəkdir.
Nasional Supporter proqramından, - saziş bu proqram çərçivəsində imzalanmışdır, - məqsəd 4 İsveçrə və 4 Avstriya şirkətindən ibarət qrupların yaradılmasıdır. Onlar çempionatın təşkilat komitəsinə xidmətlərlə kömək edəcəklər.