2024-cü ildə keçiriləcək atletika üzrə Avropa çempionatı üçün üç namizəd şəhər seçilib
Bakı, 25 yanvar, AZƏRTAC
İsveçin Göteborq şəhəri, Polşanın Silesiya regionu və Belarusun paytaxtı Minsk 2024-cü ildə keçiriləcək atletika üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizəd seçilib.
AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, bu qərardan sonra Avropa Atletika Assosiasiyasının (AAA) İcraiyyə Komitəsinin nümayəndələri namizəd ölkələrdə görüşlər keçiriblər. Görüşlərin əsas mövzusu namizədlər tərəfindən təqdimatların qiymətləndirilməsi və əsas konseptlərin müzakirəsi olub.
Əsas məqsəd üç ölkə arasından strateji, maliyyə və əməliyyatlar baxımından iki güclü namizədi seçmək və 2020-ci ilin aprelində qiymətləndirilməsi üçün AAA-nın İcraiyyə Komitəsinə təqdim etməkdir.
Atletika üzrə növbəti Avropa çempionatı 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarından sonra - avqustun 26-30-da Parisdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]