MƏDƏNİYYƏT
İldiko Sabo: Bərpa və quruculuq işləri yekunlaşdıqdan sonra yenilənmiş Qarabağa getmək istərdim VİDEO
Vyana, 31 mart, AZƏRTAC
Olduqca gözəl təbiətə malik Qarabağ bölgəsində baş vermiş dağıntılar, xarabalıqlar mənə şok yaşatdı. Laçın, Kəlbəcər bəlkə də dünyanın ən unikal bölgələrindəndir. Qarabağda baş verənlər, Xocalıda dinc insanlara qarşı törədilmiş faciə ilə bağlı ətraflı məlumat aldım. Ordakı insanların ağrısını hiss etdim.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Vyanada Reza Deqatinin “Qarabağın ruhu - sülhə doğru uzun yol” adlı sərgisinə baş çəkən macarıstanlı səyyah İldiko Sabo deyib.
Bu ilin fevralında bəlkə də ilk macarıstanlı olaraq Qarabağa səfər etdiyini qürurla dilə gətirən İ.Sabo gördüyü quruculuq və bərpa işlərinə də toxunub: “Artıq Qarabağda hər şey geridə qalıb. İndi o torpaqlarda hər şey yenidən inşa edilir. Artıq Füzulidə aeroport tikilib. Dəmir yolu və avtomobil yolu çəkilir. Mən Qarabağın böyük turizm potensialının olduğunu düşünürəm. Bərpa və quruculuq işləri yekunlaşdıqdan sonra yenilənmiş Qarabağa getmək istərdim”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana