Serkan Demirkıran: Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə çox minnətdarıq VİDEO
Ankara, 11 aprel, AZƏRTAC
Şagirdlərimiz Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazdılar. Hörmətli Prezidentimiz sagirdlərimizin yazdığı məktubu ehtiramla dəyərləndirərək onları Azərbaycana dəvət etdi. Şagirdlərimiz bu dəvətdən çox məmnundurlar. Azərbaycan Prezidenti İlham Əliyevə çox minnətdarıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kastomonu vilayətinin milli təhsil idarəsinin müdir müavini Serkan Demirkıran ifadə edib.
Təcrübəli pedaqoq əminliklə bildirib ki, bu ziyarət şagirdlərin yaddaşındakı silinməz Azərbaycan sevgisini daha da möhkəmləndirəcək. Onlar geri döndükdə xoş ziyarət təəssüratlarını, Azərbaycan sevgisini həvəslə, maraqla bölüşəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara