REGİONLAR
İdris Məmmədov: Otuz ildən sonra Qarabağa qayıtdığımız, kilsədə ibadət etdiyimiz üçün çox şadıq VİDEO
Xocavənd, 14 aprel, AZƏRTAC
Pasxa bayramı dünya xristianlığı üçün çox önəmli bayramdır. Bu bayram azadlıq bayramıdır. Bu gün biz işğaldan azad olmuş torpaqlara ibadət etmək üçün gəlmişik. Otuz ildir ki, bu günü gözləyirdik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Xocavənd rayonunun Hünərli kəndinə səfər edən “Alov” Xristian Dini İcmasının sədri İdris Məmmədov söyləyib.
“Biz dua etdik, həsrətlə bu günü gözləyirdik. Otuz ildən sonra Qarabağa qayıtdığımız, kilsədə ibadət etdiyimiz üçün çox şadıq. Burada tək xristian icma nümayəndələri deyil, müsəlman qardaşlarımız da bizim yanımızdadırlar. Bu, xalqımızın birliyini göstərir”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:09]
Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub
- 10.05.2024 [13:05]