20 Yanvar şəhidi İlham Allahverdiyevin xatirəsi oxuduğu orta məktəbdə anılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
20 Yanvar şəhidi İlham Allahverdiyevin xatirəsi oxuduğu 54 nömrəli tam orta məktəbdə anılıb.
Tədbir “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan layihə rəhbəri Sultan Əzimzadə cəmiyyətimizdə yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş oğullarımızın həyat və qəhrəmanlıq dolu ömür yolunun təbliğinin önəmli olduğunu bildirib.
Tədbirdə çıxış edənlər mövzu ilə bağlı fikirlərini yeniyetmə və gənclərlə bölüşüblər.
Məktəbin şagirdləri musiqi proqramı ilə çıxış ediblər. Sonda hərbi jurnalist Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları oxuyub.
Oktyabrın 31-dək davam edəcək layihəni “20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]