20 Yanvar Azərbaycan tarixinin qanlı və şanlı səhifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı ilin Qara Yanvar hadisələri Azərbaycana böyük itkilər verib. Kədərimizin həddi-hüdudu yoxdur, çünki o məşum günlərdə yüzdən çox oğul və qızımızı itirmişik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gəlmiş paytaxt sakini Nəsir Nəsirov söyləyib.
O deyib: “20 Yanvar Azərbaycan tarixinin qanlı olduğu qədər də şanlı səhifəsidir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verilib. Biz xalqımızın verdiyi itkiləri unutmuruq. 20 Yanvar qurbanlarının nurlu xatirəsi daim bizimlə olacaq!”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]