QAN YADDAŞI
20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir
![](/files/galleryphoto/2024/1/1200x630/17056841766082037314_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056841765757625321_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056841761388530624_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda mühazirə keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda MDU-nun professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.
Tədbirdə çıxış edən MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov bildirib ki, 34 il əvvəl müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra həmin hadisəyə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdıran dekan, 20 Yanvar şəhidlərinin xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını vurğulayıb.
Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Bildirib ki, 20 Yanvar Azərbaycan xalqı üçün həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış Sovet ordusu Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət törədib. O, Azərbaycan xalqının öz azadlıq mübarizəsindən geri dönmədiyini, mənfur düşmənə sinə gərdiyini vurğulayıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın haqq səsinin dünyaya çatdırdığını, xalqımıza qarşı törədilən faciəvi cinayətin səbəbkarlarını ictimaiyyət qarşısında ittiham etdiyini diqqətə çatdırıb.