20 Yanvar faciəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik qeyd edilmişdir.
Qurumun ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri, pedaqoji elmləri doktoru, professor İntiqam Cəbrayılov faciənin 23-cü ildönümü ilə bağlı məruzə etmişdir. O, bu qanlı tarixin xalqımızın yaddaşında dərin iz buraxdığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxışı edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlara başladığı, faciə zamanı yüzlərlə günahsız insanın ən vəhşi üsul və metodlarla öldürüldüyünü, yaralandığını, qanunsuz həbs edildiyini bildirmişlər.
Tədbir “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin gənclər departamenti tərəfindən hazırlanan fotosərgi və bu faciəni əks etdirən videomaterialın nümayişi ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]