Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Metropolitendə ehtiramla yad edilib VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.

Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun vəhşiliyinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərini və onların Azərbaycandakı əlaltılarını dərin nifrətlə xatırlayır.

Həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Məhz ümummilli liderin cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.

Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub, həmçinin 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısı İlham Əliyevin diqqətindədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədərini, məsum insanlara açılan atəşlə tarixin axarını tam dəyişən, milli intibahın təməlini qoyan o gecədə metropolitenin də özünəməxsus rolu var. Məhz sübhə qədər dayanmadan çalışan metropoliten o müdhiş gecənin faciəsinin daha böyük miqyas almamasında xüsusi yer tutdu. Metro güllələrdən qaçan insanların sığınacaq yeri, yaralıların, köməyə çatmağa çalışan tibb işçilərinin yeganə təhlükəsiz nəqliyyat vasitəsi, ümid, pənah yeri oldu.

Atəş sədalarının Bakı səmasını lərzəyə saldığı o gecə metro sonuncu sərnişinlərini qəbul edib, qatarların cədvəl üzrə depoya göndərməli və yeni günə hazırlaşmalı idi. Lakin XI Qızıl Ordu meydanında tanklar barrikadaları yarıb, mərkəzə doğru irəliləməyə başlayanda, həmin meydanın adını daşıyan stansiyaya (indiki - “20 Yanvar”) sığınacaq yeri kimi pənah gətirənlərin ilk dəstəsi daxil olmağa başladı. Elə həmin vaxt metroya ilk yaralılar gətirildi. Daşınan yaralıların al qanının izləri vestibül və platforma üzərində artmağa başladı. Onları xəstəxanaya çatdırmaq üçün metro ən rahat və etibarlı vasitə idi.

“20 Yanvar” (o vaxt - “XI Qızıl Ordu meydanı”) stansiyası ilə yanaşı, “Koroğlu” (o vaxt - “Məşədi Əzizbəyov”) və “İçərişəhər” (o vaxt - “Bakı Soveti”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox idi. Köməyə, yardıma tələsən, ailə üzvünü, əzizini axtarmaq sorağı ilə küçələrə atılan insanları məhz metropolitenə üz tutdular, mənzil başına çatdırıldılar.

Metropoliten rəhbərliyi qətiyyət nümayiş etdirib qatarların səhərə kimi işləməsi barədə qərar qəbul verdi. Qanlı Yanvar gecəsində metropolitençilər həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşıdılar, xain gülləsindən qaçanları qorudular. Bəlkə də metropolitençilər o gecə səhərə qədər iş başında olmasaydılar, həyatlarını riskə atıb əhaliyə yardım əlini uzatmasaydılar, öldürülənlərin sayı minlərlə ölçülərdi.

O gecə metropoliten də şəhid verdi. Bakıda törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralandı, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişdi.

Bu gün də o gecənin hissləri, duyğuları, söhbətləri metropolitençilər arasında xüsusi yer tutur, yeni nəsillərə ötürülür. Söz yox ki, məhz o gecənin canlı şahidi kimi hər il 1990-cı ilin Qanlı Yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi qarşılanır, mərasimlərlə anılır.

Həmin gün qan tökülən əsas ərazilərdən biri olan XI Qızıl ordu meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” qoyulması da bu səbəbdən tarixin ədalət qərarıdır.

Hər il olduğu kimi, bu ildə faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər. Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilib, stansiyalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verib.

Həmin gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” QSC-nin veteran işçiləri - təlimatçı-maşinistlər Cahil Həsənov və Vilayət Əsgərov o müdhiş gecə ilə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, həmin gecə maşinistlər səhərədək işlədilər. Keçmiş sovet ordusu 20 Yanvar gecəsi daha çox qırğın törədə bilərdi. Metropolitenin kollektivi bunun qarşısını müəyyən qədər aldı. Yaralılar daşındı və onlara kömək edildi. İnsanlar atılan güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Həmin gün Azərbaycan xalqı öz azadlığını və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün hamımız çox şadıq ki, itkilərimiz boşa getmədi və biz Azərbaycan kimi azad bir dövlətdə yaşayırıq. Bu müstəqilliyi və azadlığı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızı daha da inkişaf etdirmək üçün hamımız dövlətimizin başçısının ətrafında sıx birləşməliyik. Bu faciənin hər il yad edilməsi və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Hər il Bakı metropoliteninin kollektivi, iki günahsız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur.

İllər keçəcək, Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının nümayişi olan, müstəqilliyimizin dönməz təməlini qoyan o 20 Yanvar gecəsi heç vaxt unudulmayacaq və unutdurulmayacaq.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Metropolitendə ehtiramla yad edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib