20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin zirvəsidir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Ümumxalq Hüzn Günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə gələn məktəblilər sırasında Xırdalan şəhər 7 nömrəli məktəbin şagirdi Murad Əzizov da vardır.
Murad Əzizov demişdir ki, Qanlı Yanvar faciəsi bütün dünyaya Azərbaycan xalqının azadlıq mübarizəsi uğrunda qəhrəmancasına canından keçən, iradəli, əyilməz bir xalq olduğunu sübut etmişdir. 20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşmüş, xalqımızın azadlıq mübarizəsinin zirvəsidir. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalmışlar. Onlar öz canlarından keçərək ölkəmizin müstəqilliyinə yol açmışlar. Allah şəhidlərimizə rəhmət etsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]