20 YANVAR FACİƏSİNİN 15-Cİ İLDÖNÜMÜ XARİCİ ÖLKƏLƏRDƏKİ SƏFİRLİKLƏRİMİZDƏ DƏ QEYD OLUNACAQDIR
Xalqımızın tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin 15-ci ildönümü Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, konsulluq və digər diplomatik nümayəndəliklərində də qeyd olunacaqdır.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 20 Yanvar - Ümumxalq hüzn günü respublikamızın xarici ölkələrdəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərdə müxtəlif tədbirlər keçiriləcək, Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçən, öz qanları ilə tarix yaradan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunacaq, ehsan süfrələri açılacaqdır.
Qanlı Yanvar faciəsinin səbəbləri və acı nəticələri ilə bağlı bir daha dünya ictimaiyyətinə məlumatlar çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]