20 Yanvar tarixi milli istiqlalımızın doğum günüdür
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi bütövlükdə xalqımızın tarixi ilə bağlıdır. Həmin günlərdə faciəli anlar yaşasaq da, Azərbaycanın müstəqilliyi əldə olundu. Bu mənada 20 Yanvar həm də təcrübə tarixidir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev AZƏRTAC-a müsahibəsində demişdir.
20 Yanvar tarixinin istiqlalımızın doğum günü, xalqımızın azadlıqsevərliyinin təsdiqi günü olduğunu deyən Ş.Vəliyev bildirmişdir ki, bu tarix həm də millətimizin gələcəyə doğru inkişafının koordinatlarını müəyyənləşdirdiyi gündür.
O demişdir: “Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Vətənin azadlığı və suverenliyi yolunda canından keçə bilir. 20 Yanvar təsdiq etdi ki, Azərbaycan sadəcə torpaq deyil, həm də həyatımızı qurban verdiyimiz Vətəndir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]