Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Forumunun növbəti panel iclası “Qlobal səhiyyənin idarə edilməsi” mövzusuna həsr olunubYENİLƏNİB VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Bakıda “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun ikinci günündə ilk panel iclası “Qlobal səhiyyənin idarə edilməsi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən panel iclasında “Dünyada pandemiya ilə mübarizə təcrübəsindən hansı əsas dərslər götürülə bilər?”, “Sosial media dövründə “Vaksin tərəddüdü”nün yayılmasına qarşı necə mübarizə aparırıq?”, “Erkən xəbərdarlıq sistemlərinin, habelə vaksinlər, terapevtik vasitələr, fərdi mühafizə vasitələri və respiratorların ötürülməsi, izlənməsi və paylanmasının daha yaxşı qlobal koordinasiyasına necə nail ola bilərik?”, “ÜST-nin COVID-19 alətlərinin əlçatanlığının sürətləndirilməsinin, eləcə də COVAX-ın dövlətlər tərəfindən təcili və tam şəkildə maliyyələşdirilməsini və bu kimi gecikmələrin gələcəkdə baş verməməsini necə təmin edə bilərik?”, “Əksər həssas qrupların ehtiyaclarının düzgün və sürətli şəkildə qarşılanmasını necə təmin edə bilərik?”, “COVID-19 pandemiyasından sonra “daha yaxşı bərpa et” prinsipini rəhbər tutduğumuzdan yenidənqurma proqramlarının transformativ yaşıl xarakterini necə vurğulaya bilərik?”, “Bütün dünyada müxtəlif icmalar daxilində dayanıqlılığı təmin etməyimizlə əlaqədar bütün ölkələrin vətəndaşları üçün əlçatanlığı necə təmin edə bilərik?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Zlatko Laqumdziya pandemiya dövründə Azərbaycanın koronavirusa qarşı mübarizədə göstərdiyi yardımları xatırladıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Açılış nitqi ilə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada COVID-19-a yoluxma sayının kəskin azaldığını və pandemiyanın geridə qalmaq üzrə olduğunu deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə testlərdə pozitiv nəticələrin payı azalıb. Lakin aşağı gəlirli ölkələrdə bu, problem olaraq qalmaqdadır. “Pandemiyanın sona çatması üçün insanların vaksinasiyadan keçməsi çox vacibdir. Pandemiyadan dərs çıxarmalı və növbəti belə hallara hazır olmalıyıq. COVID-19 pandemiyası təşvişlərindən birdəfəlik çıxmalıyıq. ÜST dünyada sağlamlığın təmin olunması üçün 300-dən çox təklif verib. Burada beynəlxalq alətlərin işləməsi mühüm əhəmiyyət kəsb edir. Çünki heç bir ölkə belə bir vəziyyətlə təkbaşına mübarizə apara bilməz. Ölkələr ilkin tibbi yardım sistemini səmərəli təşkil etməlidirlər”, - deyən Baş direktor Ümumdünya Səhiyyə Təşkilatının ehtiyacı olan dövlətlərə tibbi yardım göstərilməsi üçün şəbəkə yaradılması üzərində işlədiyini də diqqətə çatdırıb. ÜST-nin büdcəsinin 50 faizə qədər artırıldığını bildirən T.A.Qebreyesus bunun təşkilatın texniki cəhətdən daha yaxşı xidmət göstərməsinə səbəb olacağını deyib.

Sonra BMT-nin sabiq Baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. IX Qlobal Bakı Forumunun çevik dialoqların aparılması üçün səmərəli platforma olduğunu vurğulayan BMT-nin sabiq Baş katibi Pan Gi Mun beyin mərkəzlərinin bir araya gəlməsi ilə sağlam gələcəyi təşviq edən düşüncələrin paylaşılmasının faydalı olacağını diqqətə çatdırıb.

“Dünya qarşısında duran təhdidləri aradan qaldırmaqlar dayanıqlı inkişafa nail olmaq mümkündür. Bunun üçün yeni qaydalar işlənib hazırlanacaq və onlar icra ediləcək. ÜST tərəfindən yeni qaydaların hazırlanması və ölkələrdə icrası gündəmdə olan məsələdir. Həmin qaydaların şəffaf şəkildə həyata keçirilməsi vacibdir. Pandemiya göstərdi ki, ictimai səhiyyəyə diqqət artırılmalıdır. COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması çoxtərəfli əməkdaşlıqla mümkündür. Pandemiyaya cavab olaraq vaksinlər istehsal olundu. Onların ədalətli paylanması və əlçatan olması vacibdir. Gəlir səviyyəsindən asılı olmayaraq, heç bir ölkə bu prosesdən kənarda qalmamalıdır. Ümid edirəm ki, 2022-ci ildə çoxtərəfli əməkdaşlıq tətbiq etməklə sosial-iqtisadi sabitliyə nail olunacaq, rifah əldə ediləcək, xroniki risklər azalacaq. Dayanıqlı İnkişaf Məqsədlərinə də məhz belə əməkdaşlıqla nail olmaq mümkündür”, - deyə Pan Gi Mun bildirib.

İclasa onlayn formatda qoşulan Kolumbiya Universitetinin professoru, Baş katibin SD üzrə xüsusi müşaviri Cefri Saks pandemiyanın alovlandığı zamanlarda bəzi ölkələrin düzgün siyasətlə epidemioloji vəziyyəti nəzarət altına aldıqlarını və yoluxma sayını azaltdıqlarını bildirib. Onun sözlərinə görə, bu prosesdə vətəndaş cəmiyyətlərinin də məsuliyyətli davranışı rol oynayıb. C.Saks pandemiya ilə əlaqəli tədqiqatların yetərli olmadığını, bəzi ölkələrin şəffaf məlumatlar və hesabatlar təqdim etmədiyini də diqqətə çatdırıb. O, Ümumdünya Səhiyyə Fondunun yaradılmasının vacibliyini vurğulayıb.

Panel iclasında çıxış edən BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinoza çevik ümumbəşəri səhiyyə sisteminin qurulmasını vacib hesab edib.

“COVID-19 pandemiyası bizə sosial həmrəyliyin də mühüm amil olduğunu göstərdi. Belə ki, dövlət və özəl sektorlar arasında əlaqələr inkişaf etməlidir. Həmçinin koronavirus əleyhinə vaksinlər əlçatan olmalıdır. Təəssüf ki, səhiyyə xidmətləri, peyvəndlərin hamı üçün olması qaydası işləmədi. Vaksinlər ədalətli şəkildə paylanmadı. Onu qeyd etmək lazımdır ki, regional inteqrasiya COVID-19-dan əvvəl də zəif idi. Pandemiya hər kəs, xüsusilə səhiyyə sistemləri üçün dərs oldu, çoxtərəfli əməkdaşlığın vacib alət olduğunu öyrətdi. Hazırda COVID-19-dan çıxış planları hazırlanır. Bu zaman keçmiş səhvlər təkrarlanmamalıdır. Ölkələr iqtisadiyyatlarına vəsait yatırırlar. Bu məsələdə kasıb ölkələrə də yardım edilməlidir. Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün trilyon dollarla vəsait tələb olunur. Ümid edirəm ki, qlobal dünya nizamına nail olacağıq”, - deyə M.F.Espinoza qeyd edib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers pandemiyanın Ümumdünya Səhiyyə Təşkilatının nə qədər vacib bir qurum olduğunu göstərdiyini və təşkilatın ictimai səhiyyəni tənzimləyən ümumdünya nazirlik rolunu oynadığını diqqətə çatdırıb. Pandemiya dövründəki antivaksin hərəkatının da unudulmamalı olduğunu bildirən V.Zatlers deyib: “İnsanlara anlaya bildikləri dildə başa salınmalıdır ki, onlar yanlış məlumatlara doğru yönəlməsinlər. Pandemiya xaosa səbəb oldu. Peyvəndin sınaqdan keçirilmədiyi, insanlar üzərində eksperiment aparıldığı barədə dezinformasiyalar yayıldı. Halbuki, pandemiya başlayandan qısa müddət sonra xəstəxanalar doldu, maska taxılması ilə bağlı məcburiyyətlər tətbiq edildi, qapanmalara gedildi. Hər kəs anlamalıdır ki, vaksinsiz pandemiyanın öhdəsindən gəlmək mümkün olmazdı. Əfsuslar olsun ki, vaksin milliyyətçiliyinin də şahidi olduq. İnsanlara anladıqları dildə mesajlar verilməlidir. Çünki başqa bir pandemiya da yarana bilər. Bütün bunlara hazır olmaq üçün düzgün maariflənmənin olması vacibdir”.

Panel iclasında çıxış edən və ölkəmizdə pandemiya ilə mübarizədən danışan səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin ÜST ilə sıx əməkdaşlıq və əlaqələndirilmiş şəkildə görüldüyünü bildirib. Nazir deyib: “Dövlətimizin başçısı tərəfindən Nazirlər Kabinetinə tapşırıqlar verildi və Operativ Qərargah yaradıldı. Operativ Qərargah tərəfindən qərarlar qəbul edildi, vaksinlər paylandı və peyvəndləmə prosesi həyata keçirildi”.

T.Musayev əlavə edib ki, COVID-19 pandemiyası hər bir ölkəyə müəyyən dərslər verdi. Öyrəndiyimiz dərsləri, pandemiyanı nə dərəcədə idarə edə bildiyimizi və sona gəlib çatıb-çatmadığımızı müzakirə etməyin vaxtıdır. Təəssüf ki, bu dövrdə təkcə pandemiya ilə deyil, antivaksin hərəkatına qarşı mübarizə də ön plana çıxdı. Bir sıra kütləvi informasiya vasitələrində vaksinlərlə bağlı əhalini qorxuya salan saxta məlumatlar yayıldı. Belə saxta məlumatlarla mübarizə qarşımızda duran əsas öhdəlikdir. Medianın elmi təsdiqi olmayan məlumatları yaymaq hüququ yoxdur. Media ilə tənzimlənmə aparılmalıdır. Çünki nəticədə antivaksin hərəkatı ilə üzləşdik. Azərbaycan hökuməti isə media ilə paralel işləyərək koronavirus, vaksinlər barədə vaxtaşırı dolğun, düzgün məlumatları ictimaiyyətə çatdırdı. Vətəndaşların dövlətə güvənməsi səhiyyə sistemlərinin düzgün təşkilində vacib amildir. Ümumiyyətlə, pandemiyanın tədbirləri düzgün anlaşılmasında əhalinin savadlılığı vacibdir.

Pandemiyanın səhiyyə sisteminə düzgün investisiyaların yatırılmasının vaxtı gəlib çatdığını göstərdiyini vurğulayan nazir deyib: “Pandemiya böhrandır. Böhranlar olmadan tərəqqiyə nail olmaq mümkün deyil. Bu, bizi müəyyən addımlar atmağa sövq etdi və çoxtərəfli əməkdaşlığın vacibliyini öyrətdi”.

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç milyonlarla doza vaksinin zəngin ölkələr tərəfindən alınıb saxlanıldığı və yararsız hala salındığını vurğulayıb. Onun sözlərinə görə, hətta ölkələr arasında əməkdaşlıq əvəzinə, rəqabət də yarandı. “Virus infeksiyaları asanlıqla yayılır və sərhəd tanımır. Sərhədlər bağlansa da, yayılmanın qarşısını almaq mümkün olmur. Odur ki, çoxtərəfli əməkdaşlıq məsələləri ön planda olmalıdır. Kasıb ölkələrdə çox inkişaf etməyən səhiyyə sisteminin mövcudluğu yeni pandemiyaların yaranmasını qaçılmaz edir. Onlara kömək etmək lazımdır. Hər kəs gələcək təhdidlərə hazır olmalıdır”, - deyə sabiq prezident bildirib.

Panel iclası müzakirələrlə davam edib.

Bakı Forumunun növbəti panel iclası “Qlobal səhiyyənin idarə edilməsi” mövzusuna həsr olunubYENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir YENİLƏNƏCƏK

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır