Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal Bakı Forumunda yoxsulluq, aclıq, kənd təsərrüfatı sektorunun dəyişməsi məsələləri müzakirə olunub YENİLƏNİB VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun növbəti panel iclası “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, “Liberal Internasional”ın prezidenti Mərakeş Krallığının İqlim Dəyişikliyi üzrə sabiq xüsusi elçisi Hakima El Haitenin moderatorluğu ilə keçirilən panel iclasda “İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir?”, “Dünya su sərfiyyatının təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər?”, “Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır?”, “Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir?”, “Bəs əkinə yararlı sahələrin səhralaşması?”, “Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır. Bununla bağlı nə etmək mümkündür?”, “İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik?”, “Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi?”, “Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər?”, “Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?” kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Panel iclasına videoformatda qoşulan Amerika Birləşmiş Ştatlarının BMT-nin ərzaq və kənd təsərrüfatı agentlikləri yanında daimi nümayəndəsi Sindi Makkeyn dünyanın 70 il ərzində ən dəhşətli ərzaq böhranı ilə üz-üzə olduğunu bildirib. O deyib: "Mən daha əvvəl heç vaxt bunun şahidi olmamışam. Uzun illər ərzində bu böhran üçün münasib zəmin yaradılıb. COVID, iqlim dəyişikliyi və davam edən münaqişələr bu böhranı sürətləndirən amillərdəndir. Son bir neçə il ərzində biz pandemiya nəticəsində ehtiyatların paylanmasında pozuntularla qarşılaşdıq. Şiddətli quraqlıqlar, daşqınlar və istilər Afrikadan tutmuş Cənubi Asiyayadək məhsulları məhv etdi, mal-qaranı qırdı və insanların həyatını çətinləşdirdi”.

S.Makkeyn sonda qeyd edib ki, indi bir araya gələrək ərzaq təhlükəsizliyinin gələcəyini düşünmək vaxtıdır.

Sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edən videoçarx yayımlanıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aparılan siyasətin inklüziv kənd təsərrüfatının inkişafına dəlalət etdiyini və bu zaman ətraf mühitə təsir, enerji resurslarının daha səmərəli istifadəsinin də nəzərə alındığını vurğulayıb.

Azərbaycanda rəqəmsal kənd təsərrüfatına keçidin aparıldığını bildirən nazir bunun da məhsuldarlığın, rentabelliyin artımına xidmət etdiyini diqqətə çatdırıb. “Bununla, həmçinin gənc nəsli kənd təsərrüfatına cəlb etmiş oluruq. Bu da dayanıqlılığın təmin olunmasında mühüm amildir. Azərbaycan kənd təsərrüfatının rəqəmsal transformasiyasında model rolunu oynayır. Qlobal problemlər tək bir ölkə qarşısında duran məsələ deyil. Mövcud problemlər birgə tədbirlərin görülməsini ehtiva edir”, - deyə nazir əlavə edib.

Mavritaniyanın sabiq Prezidenti Amina Qurib-Fakim Afrikada istehsal edilən məhsulların 70 faizinin kiçik sahibkarların payına düşdüyünü bildirib.

Gənclərin 55 faizinin qitəni tərk etmək niyyətində olduğunu qeyd edən sabiq prezident onları kənd təsərrüfatı sektorunda saxlamağın mümkün olmadığını deyib.

“Ukraynada baş verən hadisələr Afrikaya da təsir edəcək. Odur ki, Afrikada ərzaq təhlükəsizliyi məsələləri daha çox təmin olunmalıdır. İqlim dəyişikliklərinin nəticələri, su qıtlığı qarşısında acizik. Ərzaq təhlükəsizliyi, aclıq, yoxsulluq məsələləri ön plandadır. Afrika biomüxtəliflik baxımından kifayət qədər zəngindir. Lakin iqlim dəyişiklikləri fonunda biomüxtəlifliyin müəyyən növləri risk altına düşür”, - deyə sabiq Prezident qeyd edib.

Afrikada kənd təsərrüfatında əsasən qadınların çalışdığını bildirən Amina Qurib-Fakim fermerlərin kapitala və texnologiyalara çıxışının təmin ediləcəyi təqdirdə, kənd təsərrüfatının sürətli inkişafına nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

ABŞ-ın Türkmənistandakı sabiq səfiri Allan Mustard dünya əhalisinin 50 faizinin gündəlik 6 dollarla, dörddəbirinin isə dörd dollardan az maaşla yaşadığını qeyd edib. Onun sözlərinə görə, qida təhlükəsizliyinin zəifləməsi dünyada aclığa yol açır.

A.Mustard dünyada torpaqların və əkin sahələrinin düzgün idarə edilməsinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını da vurğulayıb.

Dünyada 3 milyard insanın kifayət qədər ərzaqla təmin olunmadığını deyən Dünya Ərzaq Fondunun prezidenti Barbara L.Stinson son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu qeyd edib. O bildirib: “Bizim üçün ərzağın təkcə kəmiyyəti deyil, keyfiyyəti və əlçatanlığı da önəmlidir. Ərzaq təhlükəsizliyinin təmini üçün COVID-19 pandemiyası, iqlim dəyişmələri və münaqişələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Qlobal qida təhlükəsizliyi çağırışlarının həlli yollarını tapmalıyıq”.

O, Azərbaycana ilk dəfə səfər etdiyini və Forumun mövcud problemlərin həllinə töhfə verəcəyinə inandığını bildirib.

Panel iclası müzakirələrlə davam edib.

Qlobal Bakı Forumunda yoxsulluq, aclıq, kənd təsərrüfatı sektorunun dəyişməsi məsələləri müzakirə olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək