İsmayıllıda irigövdəli ağac aşıb, yol bağlanıb VİDEO
İsmayıllı, 6 iyul, AZƏRTAC
İsmayıllıda irigövdəli ağac avtomobil yoluna aşıb. Avtomobillər üç saata yaxın yolda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Muğanlı-İsmayıllı yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, irigövdəli çinar ağacının avtomobil yoluna aşması nəticəsində nəqliyyatın hərəkətində problem yaranıb. Aidiyyəti qurumların əməkdaşları yolun açılmasına cəlb olunublar.