Pakistanda “Qarabağ Azərbaycandır!”, “Zəfər Günü” adlı fləşmoblar keçirilib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə bu ölkədə Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, fləşmoblarda “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın Zəfər Günü” şüarları, həmçinin Azərbaycan-Pakistan-Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan Xarıbülbül çiçəyi əks olunub.
Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.