Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Vahid geyim qaydalarının əsas məqsədi fərdiliyi aradan qaldırmaq deyil, hamı üçün ortaq təhsil mühiti yaratmaqdır. Təhsilalanların geyimindən tutmuş davranışına qədər hər bir amil məktəbdə nizam-intizamın qorunmasına təsir göstərir.
Şagirdlərlə yanaşı, müəllimlərin də geyimində səliqə və peşəkar görünüşün qorunması məktəbdə formalaşan ümumi mədəniyyətin bir hissəsidir. Məktəbli forması şagirdlər arasında geyimə görə fərqlərin ön plana çıxmasının qarşısını almağa, sosial bərabərliyin qorunmasına və diqqətin təhsilə yönəlməsinə xidmət edir.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladıqları videomaterialda izləyə bilərsiniz.