REGİONLAR
Siyəzəndə əməliyyat: 3 nəfər saxlanılıb VİDEO
Siyəzən, 15 fevral, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əlimərdan Cəfərov saxlanılıb.
Həmçinin Ə.Cəfərovun yaşadığı evə narkotik almaq məqsədi ilə gələn rayon sakinləri V.Məmmədov və R.Əliyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə olan heroin, metamfetamin, 5 ədəd şpris, 1 ədəd ampula aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əlimərdan Cəfərov barəsində həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.