MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi teatr və muğamsevərlər üçün maraqlı proqramlar hazırlayıb

Bakı, 22 mart, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, martın 23-də saat 14:00-da Sumqayıt Muğam Mərkəzində muğam ustalarının konserti təşkil olunacaq.

Elə həmin gün Şuşa Dövlət Musiqili Dram Teatrı Qusarda teatrsevərlərin qonağı olacaq. Kollektiv saat 14:00-da M.F.Axundzadənin “Lənkəran xanın vəziri” komediyası əsasında eyniadlı tamaşanı Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində nümayiş etdirəcək.

Martın 23-ü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə çıxış edəcək. Yaradıcı heyət İ.Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” tamaşasını saat 18:00-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində göstərəcək.

Tələsin, bayramlarınıza sənətlə rəng qatın!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.