Sel təhlükəsi ilə əlaqədar Bolqarçay su anbarında qərargah qurulub VİDEO
Biləsuvar, 15 iyun, İlkin Adıyev, AZƏRTAC
İran İslam Respublikası ərazisindən Bolqarçaya sel sularının Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi Vüqar Ağayev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, hazırda sel suları daxil olmaqdadır: “Burada Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin qərargahı qurulub. Mərkəzin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları və texnikası hadisə yerindədir. Vəziyyət tam nəzarətimiz altındadır”.
Qeyd edək ki, qərargah əsasən müşahidə xarakteri daşıyır. Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.