İQTİSADİYYAT
“Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” – panel iclası VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbiri çərçivəsində "Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?" mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda moderator Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov oldu. Panel iclasda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, "Azərbaycanda Telekommunikasiya sahəsində kibertəhlükəsizlik, risklərin idarə edilməsi” - “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və "Caspian Innovation Center" MMC-nin informasiya təhlükəsizliyi üzrə rəhbəri Rauf Mahmudlu spiker qismində çıxış ediblər.
Qeyd olunub ki, kritik infrastrukturların kibermüdafiəsində müəyyən qaydalar və qanunlar müəyyənləşdirilməlidir. Kritik infrastruktur məlumatları və fərdi məlumatlar barədə Qanun artıq hazırlanır və yaxın zamanlarda qəbul olunmalıdır. Hazırda türkiyəli mütəxəssislərlə bir sıra məsələlərdə ölkəmizdə birgə fəaliyyət həyata keçirilir. Artıq Mülki Müdafiə Planında kibertəhdidlər barədə də məsələ öz əksini tapıb. Bildirilib ki, hazırda rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə də fərdi məlumatların təhlükəsizliyin təmin olunmasında sənədlərin rəqəmsallaşması və rəqəmsal sistemin qurulması, eləcə də bu istiqamətdə kadr hazırlığı ən çox müzakirə olunan məsələlərdəndir.
Panel iclası müzakirələrlə davam edib.