Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Caspian Energy Club” Azərbaycanda 100-cü tədbirini təşkil edib VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

“Caspian Energy Club” tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycanda keçirilən 100-cü tədbir və 10-cu Beynəlxalq “Caspian Business Award 2023” mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Tədbirdə ötən il ərzində “Caspian Energy Club”a üzv olan şirkətlərin nümayəndələri ilə təşkil olunmuş görüşlərdə iştirak edən bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və “Caspian Energy Club”a üzv olan 300-dən çox özəl şirkətin top-menecerləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Telman Əliyev “Caspian Energy Club”un tarixi, fəaliyyət sahəsi və təşkilata daxil olan üzv şirkətlər haqqında danışıb. O, həmçinin tədbir iştirakçılarına il ərzində “Caspian Energy Club” tərəfindən Azərbaycanın regionlarında və ölkə xaricində təşkil olunan tədbirlər haqqında məlumat verib.

“Caspian Energy Club”un Azərbaycandakı 100-cü tədbirinin keçirilməsi üçün biz Gülüstan sarayını seçdik, çünki məhz burada 1994-cü il sentyabrın 19-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında "Əsrin müqaviləsi" imzalanıb. Həmin müqavilə Azərbaycanın iqtisadiyyatına təkan verən əsas amillərdən biri oldu və məhz bu müqavilə imzalandıqdan sonra Azərbaycanın iqtisadi və sosial sahələrdəki inkişafı başladı. Hazırda 100-cü tədbirimizi Gülüstan sarayında, ilin əvvəlində isə ilk tədbirimizi Naxçıvan Muxtar Respublikasında keçirəcəyik. Bu da öz növbəsində bizim üçün çox simvolikdir. Tədbirlərimizin silsiləsini buradan başlayaraq biz həm regional, həm də beynəlxalq həcmdə Ulu Öndərin əziz xatirəsinə həsr etmək istəyirik”, - deyə Telman Əliyev xüsusi qeyd edib.

"Biz təkcə sahibkarlar deyil, həm də dövlət rəsmiləri, səfirlər və digər qurum nümayəndələri arasında sıx dialoq və netvorkinq quran platformaya çevrilmişik. Bizim əsas məqsədimiz dünyanın müxtəlif Orta Dəhliz ölkələrində əməkdaşlığı, biznesin inkişafını və investisiya imkanlarını təşviq etməkdir”, - deyə Telman Əliyev bildirib.

Onun sözlərinə görə, klubun fəaliyyəti nəticəsində dövlət qurumları və sahibkarlar ilə sıx əməkdaşlıq edilir, birgə layihələr həyata keçirilir, özəl sektorun qarşılaşdığı problemləri həll etmək üçün dövlət qurumları ilə birgə tədbirlər təşkil olunur.

“Fürsətdən istifadə edərək, “Caspian Energy Club”a daxil olan bütün şirkətlərin top-menecerləri adından sahibkarlara yüksək dəstəyin göstərilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi və biznes layihələrinin həyata keçirilməsi sayəsində əlverişli şərait yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”, - deyə Telman Əliyev vurğulayıb.

“Caspian Business Award 2023” beynəlxalq mükafatı “Korporativ sosial məsuliyyətin inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyası üzrə “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyevaya, “Tekstil sahəsinin inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyası üzrə “Debet Safety” şirkətinin Baş direktoru Əsəd Nəsrullayevə, “İlin Logistika şirkəti” nominasiyası üzrə ASE Şirkətlər Qrupunun direktoru Rəşad Abasova, “Sərgi sahəsinin inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədova, “İlin qazma şirkəti” SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevə, “İlin enerji şirkəti - Azərişıq ASC” nominasiyası üzrə Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadəyə, “TezÖdə - İlin innovativ həlli” nominasiyası üzrə “Azəricard”ın Baş direktoru Fərid Quliyevə, “İlin şirkətlər qrupu” nominasiyası üzrə “MY Group Holding”in həmtəsisçisi Sultan Fariz Əhmədiyə, “Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinə verdiyi töhfəyə görə” nominasiyası üzrə “Union Logistics”in Baş direktor müavini Samirə Mustafayevaya, “Dənizdə mühəndislik xidmətlərinin göstərilməsi üzrə ilin şirkəti” nominasiyası üzrə “Azerbaijan Maritime Engineering and Construction” şirkətinin təsisçisi və Baş direktoru Rəşad Şəkərova, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol Ltd” MMC-in Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Arzu Ağayevaya, “İlin konsaltinq şirkəti” nominasiyası üzrə “Alkan Consulting Group”un təsisçisi Avni Demirciyə, “İlin hüquq şirkəti” nominasiyası üzrə “Mirzayev and Partners Legal Firm”in təsisçisi və direktoru Şaiq Mirzəyevə, “İlin informasiya texnologiyaları şirkəti” nominasiyası üzrə “R.İ.S.K. Company”nin direktoru Cabir Cümşüdova, “İlin tikinti şirkəti” nominasiyası üzrə RİCON MMC-nin Baş direktoru Rəşad İsmayılova, “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Əfəndiyevə, “İlin lift avadanlığı təchizatçısı şirkəti” nominasiyası üzrə “S-ENNA” MMC-nin təsisçisi və direktoru Pərviz Zalova, “İlin Çay istehsalçısı” nominasiyası üzrə “Azersun Holding”in “Azerçay” marka rəhbəri Tərlan Lətifova təqdim edilib.

Həmçinin “Caspian Energy Club”un inkişafına verdikləri xüsusi töhfəyə görə klubun sədrinin birinci müavini və Baş Maliyyə direktoru Rasim Mahmudov, “Caspian Energy Club International”ın İdarəedici direktoru Günel Quliyeva, “Caspian Energy Club” qrupun Baş icraçı direktorunun müavini Eldar Maqsumov, habelə “Caspian Energy Club”un Türkiyədə fəaliyyətinə verdiyi xüsusi töhfəyə görə Süleyman Məcidli və “Caspian Energy Club”un Çexiyada fəaliyyətinə verdiyi xüsusi töhfəyə görə Zaur Qədirov “Caspian Business Award 2023” xüsusi mükafatı ilə təltif olunublar.

Nominantlar “Caspian Energy Club”a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, İsrail, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

“Caspian Energy Club” Azərbaycanda 100-cü tədbirini təşkil edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb