ELM VƏ TƏHSİL
Eşqi Bağırov: Bağçalarda çalışan tərbiyəçilər üçün bu il sertifikatlaşdırma prosesi keçirilməyəcək VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər üçün cari ildə sertifikatlaşdırma prosesi keçirilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, tərbiyəçilər üçün cari ildə yalnız diaqnostik qiymətləndirmə keçiriləcək: “Bu, bütün ölkədə elektron qaydada tətbiq olunacaq. 60 sualdan ibarət olan tapşırıqlar nəzəri, psixoloji suallardan ibarət olacaq. Diaqnostikaya 1 ay qalmış tərbiyəçilərə bu barədə məlumat veriləcək”.
Eşqi Bağırov diqqətə çatdırıb ki, 2025-2026-cı illərdə bağçalarda çalışan tərbiyəçilərin 17 minə qədəri sertifikatlaşdırma prosesindən keçiriləcək.