İQTİSADİYYAT
Nazir müavini: Təmiz ətraf mühit və yaşıl iqtisadiyyatın artırılması strategiyamızda əsas xətti təşkil edir VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Təmiz ətraf mühit və yaşıl iqtisadiyyatın artırılması strategiyamızda əsas xətti təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
Az inkişaf edən ölkələrdə iqlim dəyişmələrinin problem və çətinliklər yaratdığını bildirən E.Əliyev qeyd edib: “Azərbaycan orta gəlirli ölkələr sırasında yer alır və yaşıl enerjinin keçidini təmin edirik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər yaşıl enerjili ərazi kimi elan edilib. Xəzəri külək enerjisinin ixracatçısına çevirəcəyik. Biz iqlim maliyyələşdirilməsində uğur qazanmaq və bunu ayrı-seçkilik olmadan etmək istəyirik”.