REGİONLAR
Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO
Tərtər, 16 aprel, AZƏRTAC
Bərdə-Ağdam avtomobil yolunda baş verən qəza ilə bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.
15:30
Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "BMW" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.
"VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.