Minifutbol üzrə Çempionlar Liqasının qalibi olan Azərbaycan komandası Vətənə qayıdıb VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşava şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa" komandası Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, Bakı klubunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, "Birbaşa" finalda Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.