31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ HOLLANDİYADA ANILMIŞDIR
Paris, 30 mart ( AZƏRTAC ). Niderland krallığında fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən xüsusi müxbirimizə bildirmişlər ki, 31 mart -Azərbaycanlıların soyqırımı günü ilə bağlı qurumun və onun nəzdindəki Azərbaycan-Hollandya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə martın 29-da Rotterdamda etiraz aksiyası keçirilmişdir. Tədbirdə Azərbaycan və türk icmalarının, habelə Polşa diasporunun nümayəndələri iştirak etmişlər.
Etiraz aksiyasında iştirak etmiş 200-ə yaxın gənc ön hissəsində Azərbaycanın xəritəsinin və işğal olunmuş ərazilərimizin, arxa hissəsində isə soyqırım qurbanlarının sayının göstərildiyi ağ köynəklər geymiş və başlarına mavi papaq qoymuşlar.
Əllərində Azərbaycan, Türkiyə və Hollandiyanın bayraqlarını tutmuş aksiya iştirakçıları holland dilində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı pisləyən şüarlar səsləndirmişlər.
Həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə ətraflı məlumatın əks olunduğu 10 minə yaxın vərəqə (holland dilində) yerli sakinlər arasında paylanmışdır.
Əsgər Əliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]