İQTİSADİYYAT
TDT-nin Baş katibi: İqtisadiyyatın inkişafı elmsiz mümkün deyil VİDEO
İstanbul, 26 oktyabr, Günel Karatepe, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı ölkələri arasında 35-dən çox sahə üzrə əməkdaşlıq mövcuddur. Bu gün İstanbulda yeni, olduqca vacib əməkdaşlığın təməli atılır. Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin I toplantısının keçirilməsi yeni sahənin inkişafı və dövrümüzün tələbləri baxımından olduqca vacibdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev söyləyib.
İqtisadiyyatın inkişafının texnologiyasız, innovasiyasız, bir sözlə, elmsiz mümkün olmadığını qeyd edən Baş katib bildirib ki, bu sahələr üzrə razılaşdırılan gələcək tədbirlər həm də xalqlarımızın dünyada baş verən mənfi proseslərdən qorunması baxımından vacibdir.
Kubanıçbek Ömüralıyev ölkələrimizin bu istiqamətdə fəaliyyət planının mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.