İQTİSADİYYAT
Asiya İnkişaf Bankı İnstitutu: İqlim dəyişikliyinin nəticələri yoxsul ölkələr üçün çox dağıdıcı olacaq VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Biz iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparmaq üçün buradayıq. Bu gün müzakirə edəcəyimiz məsələlər iqlim dəyişikliyinin cəmiyyətə, xüsusən də həssas icmaya təsiri və buna uyğunlaşma ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) baş direktoru Tetsushi Sonobe jurnalistlərə açıqlaması zamanı deyib.
“Həmçinin iqlim dəyişikliyindən təsirlənən yoxsul, həssas ölkələrin sərmayə qoya bilmədikdə necə mübarizə aparmağı və iqlim dəyişikliyinə necə uyğunlaşmalı olduqlarını müzakirə edəcəyik. İqlim dəyişikliyinin nəticələri yoxsul ölkələr üçün çox dağıdıcı olacaq. Bu məsələləri müzakirə etməklə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə biləcəyimizi düşünürəm”, - deyə Tetsushi Sonobe bildirib.