Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev səhiyyə idarəçilərinin rolu və öhdəliklərini müzakirə etmək üçün zirvənin əhəmiyyətli platformalardan biri olduğunu vurğulayıb. M.Mirzəyev panel müzakirələri barədə məlumat verib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra panel müzakirələrinə start verilib.

“Dayanıqlı səhiyyə idarəetməsi” adlanan panel müzakirələrinin I sessiyası Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin moderatorluğu ilə keçirilib.

Sessiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Qarabağ Universitetinin Tibb proqramlarının direktoru Samir Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə, “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktoru Ramil Mehdiyev, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Yeni Klinikanın direktoru Barat Yusubov idarəetmədə beynəlxalq təcrübə, dövlət və özəl tibb müəssisələrinin idarə edilməsindəki əsas konturlar, təhsil sistemində yeni hədəflər, səhiyyə idarəçiliyində müasir texnologiya və tendensiyaların tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrinin II sessiyası TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmlinin moderatorluğu ilə reallaşıb.

Sessiyanın natiqləri TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev səhiyyə idarəedilməsində keyfiyyətə nəzarət, hüquqi-normativ bazanın təkmilləşdirilməsi, xidmət çeşidlərinin və pasiyent məmnunluğunun, həkim və pasiyent hüquqlarının artırılması üçün zəruri tədbirlərdən danışıblar.

Tədbirin rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov və digər dövlət, hökumət rəsmiləri, eləcə də tibb müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin vacibliyindən danışıb: “Artıq dörd ildir ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişiklər baş verib. Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edir. Tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, TƏBİB Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir: “Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda, günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər uğurla davam etdirilir.

Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığın minimuma endirilməsi üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. İlk olaraq, pilot layihə kimi bu sistem Yeni Klinikada tətbiq olunub və daha 5 tibb müəssisəsində hazırlıq prosesi davam edir. Məlumat üçün bildirim ki, ümumilikdə, 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib”.

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, səhiyyə sahəsində ən mühüm addımlardan biri də məhz ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq edilməsidir: “Bu sistemin tətbiqi öz növbəsində iki önəmli nəticəyə gəlməyə əsas verdi. Birinci nəticə odur ki, səhiyyənin maliyyələşməsi artdı. Bu, tibb sahəsində daha çox iş görməyə imkan yaratdı. İkinci nəticə isə odur ki, vətəndaşların xərcləri azaldı ki, bu, çox vacib amildir”.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, Agentlik Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumları ilə birlikdə sağlamlıq turizminin inkişafı ilə bağlı strategiya sənədi üzərində iş aparır: “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində də tibbi turizmin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və hesabat sənədi hazırlanıb”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı qeyd edib ki, gələcəkdə süni intellekt vasitəsilə tibbi xidmətlərin göstərilməsi inkişaf etdiriləcək: “Bu istiqamətdə çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır. Bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir. Təhsil sistemində də bu, daim düşünülür və gələcək inkişafı proqnozlaşdırılır. Təhsil sisteminin qarşısında duran əsas məsələ odur ki, biz bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində səriştəli olsunlar”.

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov isə bildirib ki, səhiyyədə dayanıqlı inkişafın təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi yalnız tibbi xidmətlərin keyfiyyətini dəyişən amillər deyil, eyni zamanda sosial rifaha, iqtisadi inkişafa mühüm töhfələr verən yeni yanaşmaları ehtiva edir: “Əldə olunan nəticələr, aparılan müşahidə və təhlillər göstərir ki, ötən dövrdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı çox iş görülüb. İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi, ən yeni avadanlıqlarla təchiz olunan müasir tibb müəssisələrinin qurulması, tibbi xidmət prosedurlarının şəffaflaşdırılması, eləcə də digər istiqamətlərdə atılan addımlar qısa vaxt ərzində uzun yolun qət edildiyini söyləməyə əsas verir”.

Daha sonra “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan tədbir panel müzakirəsi ilə davam etdirilib.

“Səhiyyədə yeni imkanlar panelində” Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər müzakirə olunub.

Panel müzakirəsi TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadənin moderatorluğu ilə keçib. Məruzəçi qismində isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov çıxış edib.

Qeyd edək ki, tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə olunub.

Bakıda “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək

Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Azərbaycan futbolunun “döyünən ürəyi” - Tofiq Bəhramov adına Respublika Stadionu VİDEO

Oman sahillərində tankerdə yanğın baş verib

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatındakı favoritini açıqlayıb

Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

BDYPİ: Səhhətində problem olan sürücülərin sükan arxasına keçməsi faciə ilə nəticələnə bilər VİDEO

Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib

“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi

Deputat: Uşaqların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsi zəruridir

Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb VİDEO

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

Beş tondan artıq narkotik vasitə məhv edilib VİDEO

FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib

Əfqan Nifti: ABŞ-nin regiona olan strateji münasibəti getdikcə daha da yüksəlir

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Donald Tramp: İnflyasiyanı bəyənirəm

Teatr sənətinin vurğunu

Cavlon Vahabov: Özbəkistan Azərbaycanın C5+1 platformalarında iştirakında maraqlıdır

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb

“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb

PMI rəsmisi: Azərbaycan innovasiya və insan kapitalına əsaslanan iqtisadiyyat qurur

Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır

Səudiyyə Ərəbistanı Livandan məhsul idxalına tətbiq etdiyi qadağanı ləğv edib

BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb

Krasnodar hava limanında 34 reys təxirə salınıb

® Əsəd Qurbanzadə: Unun alış qiyməti deyil, son məhsulun maya dəyəri əsas göstəricidir

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonası regional istehsal və logistika mərkəzi rolunu oynayır

Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır

SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

Aleksey Kim: Azərbaycan resurslara əsaslanan iqtisadiyyatdan innovasiyayönümlü modelə keçidi uğurla həyata keçirir

SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub

Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İcraçı direktor: Azərbaycanın süni intellekt iqtisadiyyatında regional mərkəzə çevrilməsi potensialı böyükdür

NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb

Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var

Culfada yaşayış binasında yanğın olub

Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir

Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub

Nazirin müşaviri: Azərbaycan gələcəyin sənaye və texnologiyalarının formalaşdırılmasında ABŞ-nin tərəfdaşı olmağa hazırdır

Çinli alimlər irsi əzələ distrofiyasının müalicəsində ciddi irəliləyiş ediblər

Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

ABŞ-nin hücumu nəticəsində Oman körfəzində iki hindistanlı dənizçi həlak olub

Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb

Manna dövlətinin fundamental tədqiqatçısı: Solmaz Qaşqayın elmi irsi bu gün də aktualdır

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

“TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransı işə başlayıb VİDEO

"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək

Küveyt hava məkanını yenidən açıb

Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Qızılın bir troya unsiyasının qiyməti 4 118 dollara enib VİDEO

Amerikalı ekspert: TRIPP dəhlizi həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz üçün real vədlər verir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Azərbaycan nefti 96 dollara satılıb VİDEO

Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

“Yüksəliş”in İşçi Qrupu Londonda beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir

“Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur

Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Orta Dəhlizin artan strateji rolu vurğulanıb

Bu gün futbol üzrə dünya çempionatı start götürür

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək