Qar voleybolu üzrə ilk Azərbaycan çempionatının qalibləri bəlli olub VİDEO





Qusar, 26 yanvar, AZƏRTAC
İlk dəfə keçirilən qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışda "Azərreyl"in kişi və qadın komandası çempion olub.
Kişilərin mübarizəsində 2-ci və 3-cü yerləri, müvafiq olaraq, "Murov Az Terminal" və U-21 yığması tutub.
Qadınların yarışında isə "Murov Az Terminal" gümüş, "Gəncə" bürünc medallara sahib çıxıb.
Sonda qaliblərə kubok və medallar təqdim edilib.