Saat 17:00-a olan məlumata görə, seçici fəallığı 28,77 faiz olub VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumatlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a olan məlumata görə, seçicilərin 28,77 faizinin ( 1 milyon 715 min 291 nəfər) səs verdiyini bildirib.