Prezident İlham Əliyevin adından Pakistanın Baş nazirinin şərəfinə dövlət ziyafəti verilib YENİLƏNİB VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilib.
AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycan və Pakistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.