“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının protokolu imzalanıb VİDEO
Bakı, 4 mart, AZƏRTAC
Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının iclasının nəticələrinə dair protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, iclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksəksəviyyəli rəsmiləri daxil olmaqla, ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.
TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in inkişafı üzrə işçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif dərəcələri barədə məlumatı dinlənilib.