Lerikdə yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB VİDEO
Lerik, 24 aprel, İlkin Adıyev, AZƏRTAC
Lerikdə baş verən yol-nəqliyyat hadisəsində sərnişin ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 24-də saat 8 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11:19
Lerikdə "Ford Transit" markalı nəqliyyat vasitəsi aşıb, ölən və xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.