“Azərkosmos” Çin şirkəti ilə süni intellekt əsaslı ekoloji monitorinq layihəsini təqdim edəcək VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Biz artıq Azərbaycanla əməkdaşlığı genişləndirmişik. Xəzər dənizi sahilinin 30 il ərzində necə dəyişdiyi barədə təsvirlər hazırlamışdıq. Bu yaxınlarda “Azərkosmos” və “Star.Vision” süni intellekt əsaslı ekoloji monitorinq layihəsini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çinin “STAR.VISION” şirkətinin biznesin inkişafı üzrə nümayəndəsi Bruce Vei Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi" panelində təqdimatı zamanı deyib.
“Biz 5 dəqiqə ərzində dünyanın qlobal peyk təsvirlərini əldə edə bilərik. Bu il, həmçinin bizim şirkətimiz tərəfindən lazer kommunikasiya peykləri buraxılacaq”, - deyə Bruce Vei qeyd edib.