Komitə sədri: Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı dayanır VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri-neft sektorunun payı 81,4 faiz, xidmət sahəsinin payı 71,9 faiz, kənd təsərrüfatının payı isə 99,8 faiz artıb.
“Sərmayə qoyuluşunun artması, yeni aqroparkların istifadəyə verilməsi və digər iqtisadi tədbirlər büdcə gəlirlərini artırmaqla yanaşı əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub”, - deyə A.Əmiraslanov vurğulayıb.