Kriptovalyuta üzrə ekspert: Əgər çox böyük qazanclar təklif edirlərsə, bu, yalandır VİDEO
Bakı, 7 may, AZƏRTAC
Rəqəmsal iqtisadiyyat sürətlə dəyişir. Artıq dünya kriptovalyuta və blokçeyn texnologiyalarına keçid dövrü yaşayır. Azərbaycan da bu sahədə addımlar atmağa başlayıb.
Ekspertlər bildirir ki, bu sahədə bilik əldə etmədən edilən yatırımlar tez-tez maliyyə dələduzluqlarının baş verməsi ilə nəticələnir. Bu baxımdan, təlim və maarifləndirmə xüsusilə önəmlidir.
“Əgər sizə istənilən halda çox böyük qazanclar təklif edirlərsə, bu, yalandır və bu, fırıldaqçıların oyunudur”, - deyə kriptovalyuta üzrə ekspert Orxan Qasımov bildirib.
Daha ətraflı AZƏRTAC-ın hazırladığı videomaterialda izləyə bilərsiniz.