Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 2-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycanın mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq olunub.

Əvvəlcə müharibə zamanı Ağcabədi rayonunun atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də saat 6 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən başlamış silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 1 mülki şəxs qəsdən öldürülüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 5-i qadın, 14-ü isə kişi, o cümlədən 2-si azyaşlıdır.

Silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 536 mülki təyinatlı tikiliyə, 17 nəqliyyat vasitəsinə və 50 fermer təsərrüfatına xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Ağdam rayonunun atəşə tutulması ilə bağlı tədqiq edilən sənədlərə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ağır artilleriya qurğuları hesab olunan “T-64”, “T-72”, “T-80”, “T-90” tipli tanklardan, “2S3 Akasiya”, “2S1 Qvozdika” və digər özüyeriyən artilleriya qurğularından, “2A36 Giasint B”, “D-20”, “D-30”, “D-44”, “D-81” (“D-81M”) markalı toplardan, mina və qumbaraatanlardan, “BM-21” (“Qrad”), eləcə də digər markalı iriçaplı silahlardan atəşlər açılaraq Ağdam rayonunda vahid niyyətlə ümumilikdə 7 mülki şəxs qəsdən öldürülüb, 46 mülki şəxsə qəsdən xəsarət yetirilib.

Ağdam rayonu ərazisində dövlət mülkiyyətinə, 2098 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Digər sənədlərə əsasən, 44 günlük müharibə dövründə Beyləqan rayonunun atəşə tutulması nəticəsində 2 mülki şəxs həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayonda 73 mülki təyinatlı tikiliyə, 3 nəqliyyat vasitəsinə ziyan vurulub. 73 mülki təyinatlı tikilidən 62-si fərdi yaşayış evi, 10-u sahibkarlıq sahəsi, 1-i isə inzibati binadır.

Bərdə ilə bağlı baxış protokollarına əsasən, rayon Ermənistan silahlı qüvvələri tərəfindən “Qrad” markalı 122 millimetr çaplı “G2000”, “Smerç” markalı 300 millimetr çaplı “9M528” reaktiv yaylım atəş sistemlərindən atəşə tutulub. Nəticədə 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək Bərdə rayonunda ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 112 mülki şəxsə xəsarətlər yetirilib. Həmin hücumlar zamanı Bərdə rayonu ərazisində dövlət mülkiyyətinə, 333 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Sənədlərə əsasən, Füzuli rayonunun atəşə tutulması nəticəsində 3 dinc şəxs qəsdən öldürülüb, ümumilikdə 17 mülki şəxs qəsdən xəsarət yetirilməklə yaralanıb.

Füzuli rayonu ərazisində dövlət mülkiyyətinə və 376 fiziki şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Bildirilib ki, 44 günlük müharibə zamanı Goranboy rayonunda və Naftalan şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket və digər partlayıcı qurğuların partlaması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. 368 nəfərin əmlakına, 7 nəfərin avtomobilinə zərər dəyib. Daha 8 nəfərin isə qeyri-yaşayış sahəsinə zərər vurulub.

Daha sonra Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən, Azərbaycanın ən böyük 4-cü şəhəri olan Mingəçevir, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisi ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.

Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi, 60 ünvanında yerləşən, 1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hyundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş qohumu - Ağdam rayonunun Evoğlu kənd sakini, 1958-ci il təvəllüdlü Səfərov Atamoğlan Sabir oğluna məxsus “KamAz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Həmçinin Bağırov Elçin Yaqub oğlu, 1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.

Müəyyən olunub ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5300 metrdir.

“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşüb və asfalt örtüyü dələrək 40 santimetr dərinliyində yerə batıb, lakin xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.

Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 5 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən raket partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.

Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt olmayıb.

Hadisələr zamanı Mingəçevirdə 45 fərdi yaşayış evinə zərər dəyib.

Daha sonra məhkəmədə müharibə zamanı Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qafqaz Boru Kəmərinin “Smerç” raketi ilə hədəf alınmasına dair (Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması faktları) sənədlər tədqiq edilib.

Məhkəmə prosesində 44 günlük müharibə zamanı Tərtər rayonunun ağır artilleriyadan atəşə tutulması nəticəsində mülki şəxslərin ölməsi, mülki infrastruktura, vətəndaşların əmlaklarına zərər dəyməsi üzrə sənədlər də tədqiq olunub.

Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Pərvin Qasımova 2020-ci il oktyabrın 4-də səhər saatlarında Gəncə şəhəri, Əziz Əliyev küçəsində yaşadıqları evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket düşdüyünü deyib. Nəticədə o, görmə qabiliyyətini itirib, üzündən, qollarından və bədəninin digər hissələrindən xəsarətlər alıb. Hadisə zamanı onun evdə olan anası da yaralanıb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı 3 yaşlı və 4 aylıq qızlarının evdə olduğunu, böyük qızının hələ də psixoloji sarsıntılar yaşadığını söyləyərək deyib: “Göydən təyyarə keçəndə elə bilir evə raket düşəcək. Fişəng atılanda qorxur, əsir”.

Zərərçəkmiş şəxs İradə Qasımova qızı P.Qasımovanın dediklərini təsdiqləyərək hadisə zamanı huşunu itirdiyini söyləyib. O, xəsarətlərə görə müalicəsinin hələ də davam etdiyini söyləyib.

“Böyük nəvəm hələ də qorxu içərisindədir. Deyir ki, evimizə yenə raket atacaqlar? Deyirəm ay bala, daha heç nə yoxdur”, - deyə İ.Qasımova Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandıran zaman bildirib.

Zərərçəkmiş şəxs Qoşqar Xəlilov isə övladları - Xəlilli Orxan Qoşqar oğlunun və Əmrahlı Məryəm Qoşqar qızının hüquqi varisi qismində tanındığını diqqətə çatdırıb. O deyib ki, 2020-ci il oktyabrın 17-də saat 1 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə atəşə tutularkən raket mərmisinin M.Hacıyev küçəsində yerləşən evinin yaxınlığına düşüb partlaması nəticəsində həmin evdə yaşayan oğlu Orxan, qızı Məryəm, keçmiş həyat yoldaşı Xatirə Qəhrəmanova, qaynı qızı Ləman həyatlarını itiriblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Q.Xəlilov həmin ərazidə hərbi təyinatlı hər hansı obyektin olmadığını da söyləyib.

Zərərçəkmiş şəxs Xosrov Əjdərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında deyib ki, 2020-ci il oktyabrın 2-də saat 20 radələrində o, dostu Rüfət Vəliyevlə birlikdə Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında avtomobillə hərəkətdə olan zaman Ermənistan silahlı qüvvələrinin atdığı raketlərdən biri onların avtomobilinin yaxınlığına düşüb. Nəticədə o yaralanıb.

Zərərçəkmiş Şamama Quliyeva Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını bildirib. Hadisə zamanı onun evinə də zərər dəyib.

“Müharibəni mülki şəxslərə qarşı aparırlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”, - deyə Ş.Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs həmin vaxt cəbhə bölgəsi ilə Bənövşələr qəsəbəsi arasında bir neçə kəndin olduğunu söyləyib.

Zərərçəkmişin ifadəsindən sonra onun həyətinə mərmi düşməsi ilə bağlı baxış protokolu tədqiq edilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyana müdafiəçisinin səhhətinə görə prosesdə iştirak edə bilməyəcəyi, ona yeni müdafiəçinin təyin olunacağı bildirilib. D.İşxanyan müdafiəçisinin yaxşı vəkil olduğunu deyərək, yeni vəkilin təyinatına etiraz etmədiyini bildirib.

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH